AKP sözçüsü Ömər Çelik son zamanlar Türkiyə və Azərbaycan arasında münasibətlərin pozulmasına çalışan qüvvələr barədə danışıb.
SİTAT: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Lakin hər ölkənin öz daxili siyasəti var. Onlarla bizdə fərq ola bilər. Daxili və xarici siyasətdə də fərqli yanaşmalar mümkündür. Biz hər hansı bir məsələdə fikir ayrılığı yaşayanda qardaş ölkə olaraq danışaraq yolumuza davam edirik. Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında həqiqi bir qardaşlıq münasibəti var.
Türkiyə və Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var. O ölkələrin niyyətlərinə çatmağına icazə verməyəcəyik. Bundan başqa, Türkiyənin daxilində bəzi qrupların, sosial şəbəkə istifadəçilərinin Azərbaycanı səhvən hədəfə aldığını görürük", - Çelik qeyd edib.
Mətləb
O, çox əhəmiyyətli bir yaşa çatıb...