PDF Oxu

Siyasət

  • 1 329

"Məktəblərdə geyim qaydaları hər hansı dini və ya ideoloji mövqeyə əsaslanmır" - DEPUTAT DANIŞDI

image

"Azərbaycan dünyəvi dövlətdir və dövlət quruluşumuzun dünyəvilik prinsipi mühüm əhəmiyyət daşıyır".Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına nəzər saldıqda burada bir neçə əsas istiqamətin müəyyənləşdirildiyini görürük. Qərarın mahiyyəti hər hansı konkret düşüncə və ya dini etiqadla bağlı deyil:" Əsas məsələ məktəblərdə vahid geyim qaydalarının tətbiqi və həm şagirdlər, həm də müəllimlər üçün müvafiq tələblərin müəyyənləşdirilməsidir.Burada başlıca məqsəd təhsil müəssisələrində nizam-intizamın təmin olunmasıdır. Sənəddə, məsələn, məktəbə qısa ətəklə gəlməyə də icazə verilmədiyi qeyd olunur.Hesab edirəm ki, bu məqamın sənəddə öz əksini tapması qərarın ümumi yanaşmasını göstərir. Yəni burada əsas məqsəd hər hansı dini və ya ideoloji mövqeni önə çəkmək deyil, məktəblərdə müəyyən edilmiş geyim və davranış qaydalarına riayət olunmasını təmin etmək, bu istiqamətdə dövlət tərəfindən müvafiq tədbirlər görməkdir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər