Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Kommunal Müəssisələri Kombinatı və Mədəniyyət işçiləri ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş yığıncaqlar keçirilib.
Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatının məsul işçisi Sərdar Xıdırov və qurultay nümayəndəsi Nailə Məmmədova iştirak ediblər.
Natiqlər bildiriblər ki, VIII Qurultayda Prezident İlham Əliyevin qeyd etdiyi fikirlər ölkənin qarşısında duran vəzifələri, partiyanın gələcək fəaliyyət istiqamətlərini və yeni dövrün prioritetlərini əks etdirir.
Natiqlər, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra yeni hədəflərə toxunaraq, dövlətçilik prinsiplərinin qorunması, milli həmrəyliyin daha da möhkəmləndirilməsi və ölkənin davamlı inkişafına töhfə verilməsinin əhəmiyyətindən bəhs ediblər.
Yığıncaqlarda VIII Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsi istiqamətində partiya üzvlərinin üzərinə düşən vəzifələr müzakirə olunub, qarşıda duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.