Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Tatarməhlə kənd” və “Mirzəqurbanlı kənd” ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə iclas keçirilib.
İclasda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və qarşıda duran vəzifələrdən danışıb. O, ərazi partiya təşkilatlarının fəaliyyətində üzvlərlə müntəzəm görüşlərin, əhali ilə birbaşa ünsiyyətin və yerli təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Hər bir partiya üzvünün qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində fəallıq və məsuliyyət göstərməsinin vacibliyini qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin ictimaiyyətə çatdırılması və yerlərdə ideoloji işin səmərəli təşkili məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik ənənələrinin təbliğində partiya üzvlərinin rolundan bəhs edib. Kəndlərdə əhali ilə davamlı ünsiyyətin qurulmasının, vətəndaşların fikir və təkliflərinin dinlənilməsinin, maarifləndirici işin yerli şəraitə uyğun təşkilinin əhəmiyyətini diqqətə çatdırıb.
Sonda çıxış edən partiya veteranı Fəxrəddin Nəzirov qurultayın nəticələrinin müzakirəsi məqsədilə keçirilən iclası yüksək qiymətləndirib, partiya üzvləri və veteranlarla davamlı ünsiyyətə görə rayon təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib. O, veteranların təcrübəsindən istifadənin və onların təşkilatın fəaliyyətində iştirakının əhəmiyyətini qeyd edərək qarşıda duran vəzifələrin yerinə yetirilməsində fəal olacaqlarını ifadə edib.