PDF Oxu

Siyasət

  • 750

YAP Naftalan şəhər təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub - FOTO

image

Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirlər davam etdirilir.

Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı “İslam Həsənzadə küçəsi 197”, “Nizami Gəncəvi küçəsi 55”, “İslam Həsənzadə küçəsi 20” ünvanları üzrə ərazi partiya təşkilatlarında keçirilən tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatında tutduğu mövqedən və VIII Qurultayın əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra formalaşan yeni reallıqlar fonunda ölkənin gələcək inkişaf strategiyasını, milli maraqların qorunmasını və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsini əhatə edən mühüm proqram xarakterli sənəddir.
Digər çıxış edən natiqlər VIII Qurultayda müəyyənləşdirilən strateji hədəflər və onların icrası istiqamətində görüləcək işlər barədə məruzə ediblər. Çıxışlarda eyni zamanda ,ölkənin əldə etdiyi nailiyyətlərin qorunması, dövlətçilik prinsiplərinin təbliği, gənclərin vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması, eləcə də yerli səviyyədə partiya fəaliyyətinin gücləndirilməsi məsələləri ön plana çəkilib.Partiya fəalları ölkənin davamlı inkişafı naminə müəyyən olunmuş prioritet vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.

Digər xəbərlər