PDF Oxu

Siyasət

  • 558

YAP Tərtər rayon təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş silsilə tədbirlər davam edir - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının Qaraağacı ərazi partiya təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev giriş nitqi ilə çıxış edərək, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi əsas strateji istiqamətlər, partiyanın qarşısında duran yeni vəzifələr və ideoloji fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasının əhəmiyyətindən bəhs edib. O, Qurultayda səsləndirilən fikirlərin yerli və ərazi partiya təşkilatları tərəfindən dərindən öyrənilməsinin və qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Qaraağacı ərazi partiya təşkilatının sədri Lətif Həmidov Prezident İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn vəzifələrin mahiyyətinə toxunub, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının prioritet olduğunu bildirib. O, müəyyənləşdirilən hədəflərin reallaşdırılmasında hər bir partiya üzvünün üzərinə mühüm məsuliyyət düşdüyünü qeyd edib.

Tədbir müzakirələrlə davam edib. Müzakirələrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafı naminə qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında YAP üzvlərinin fəal iştirakının vacibliyi qeyd edilib.

Digər xəbərlər