PDF Oxu

Siyasət

  • 791

Partiya təşkilatlarının qarşısında duran vəzifələr müzakirə olunur - FOTO

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Lerik Rayon Təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə qurultayda səsləndirilən fikirlər, partiyanın qarşısında duran vəzifələr, təşkilati fəaliyyətin gücləndirilməsi, gənclərlə işin təşkili və ictimai-siyasi proseslərdə partiya üzvlərinin iştirakı ilə bağlı məsələlər haqqında müzakirələr aparılıb.
YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev tədbirdə çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn məsələlərin əhəmiyyətinə toxunub, eləcə
partiya təşkilatlarının qarşısında duran vəzifələri, partiya üzvlərinin fəallığının artırılması və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi istiqamətində görüləcək işləri açıqlayıb.
Tədbirdə digər natiqlərin çıxışlarında isə Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətləri, ölkəmizin inkişaf prioritetləri, partiyanın cəmiyyətdəki rolu və vətəndaşlarla işin səmərəli təşkili məsələləri diqqət mərkəzində olub. Həmçinin gənclərlə işin gücləndirilməsi, partiya üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi və qarşıda duran vəzifələrin ardıcıl şəkildə yerinə yetirilməsinin vacibliyi bildirilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər