PDF Oxu

Siyasət

  • 551

Qarabağ Regional Qaz İstismarı idarəsi üzrə ƏPT-da müşavirə keçirildi

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə dair 12 oktyabr 2026-cı il tarixində saat 17:00-da YAP Xocalı rayon təşkilatı tərəfindən Qarabağ Regional Qaz İstismarı idarəsi üzrə ƏPT-da 12 nəfər partiya fəalının iştrakı ilə müşavirə keçirildi.
Müşavirə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət Himninin səsləndirilməsi ilə başladı. Müşavirədə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev məruzə etdi. Məruzə ətrafında Qarabağ Regional Qaz İstismarı idarəsi ƏPT sədri müavi Məhərrəmov Ülfət Rəşid oğlu, mövzu ətrafında geniş şəkildə çıxış etdi. Müşavirə iştrakçıları tərəfindən bir neçə təkliflər səsləndirildi.
Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatdı.

Digər xəbərlər