Hər bir məsələdən önəmlisi millətin övladlarının təhsilli, savadlı böyüməsinə diqqət ayırmaq və bu istiqamətdə demokratik, dünyəviliyə əsaslanan qanunlar qəbul edilmək, qərarlar verilməsi, addımların atılmasıdır. Nə xoş Azərbaycan xalqının halına ki, ölkəmizdə yüksək səviyyəli təhsil sistemi mövcuddur. Hər bir Azərbaycan uşağı istədiyi məktəbi seçir və təhsil alır, sonradan ali məktəblərə qəbul olunaraq təhsilini davam etdirir. Tələbə gənclərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara təqaüdlər də ayılır. Buna misal olaraq, bu yaxınlarda Prezident İlham Əliyevin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Sərəncamını göstərmək olar. Hələ zamanında Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev demişdir: "Təhsil millətin gələcəyidir". Bəli, gələcəyimiz olan təhsilin dünyavilik prinsipləri əsasında formalaşması və inkişaf etdirilməsi dövlətin əsas proritetlərindəndir.
Ümumtəhsil müəssisələrində yüksək şəraitin yaradılmasının, təhsilin keyfiyyətinin beynəlxalq prinsiplərə əsaslanmasının nəticəsidir ki, hər il yüzlərlə xarici ölkələrin gəncləri ölkəmizə gələrək müxtəlif universitetlərə qəbul olunurlar. Bu vəziyyət ürəkaçandır və haqlı olaraq dünyanın sivil cəmiyyətləri tərəfindən alqışlanır. Ancaq son iyrənc proseslər onu deməyə əsaslanır ki, bəzi daxili və xarici qüvvələri təkcə Azərbaycanın hərbi, iqtisadi gücü deyil, həm də dünyaviliyə əsaslanan təhsil sisteminin qurulması, vətənpərvər gənclərin yetişməsi də narahat edir. Ona görə də, müxtəlif çirkin vasitə və üsullarla gəncləri haqq, ədalət yolundan çəkindirməyə çalışırlar. Təxribatçıların məktəblərin şüşələrini sındırmaları, məktəb direktorunun avtomobilini yandırmaları, sadəcə, sıradan bir xuliqanlıq hadisəsi ola bilməz. Bu hal birbaşa təhsilalan və təhsilverənləri qorxudub, məktəbə gəlmələrindən çəkindirmək məqsədi daşıyır.
Türkiyənin “mollalaşdırılması” və “ərəbləşdirilməsi” prosesi gedir
Diqqətçəkən məqam ondan ibarətdir ki, qardaş hesab etdiyimiz Türkiyənin bəzi rəsmi şəxsləri, eləcə də hakimi partiyanın deputatları da fars-molla rejiminin iyrənc ünsürlərinə qoşulub, Azərbaycana qarşı tənqidi fikirlər səsləndirirlər. Müəyyən hallarda isə təsir altında saxladıqları media orqanlarında ölkəmizin iç məsələlərinə dair dezinformasiya xarakterli sifarişli məqalələr dərc etdirirlər.
“SEPAH”ın təşkilatçılığı ilə İstanbul şəhərində Azərbaycan konsulluğu qarşısında təşkil edilən mini piketin ardınca ötən gün Ankara şəhərində bir qrup başları çalmalı, üzləri niqablı məxluq var-gəl ediblər. Hansı ki, bu məxluqların böyük hissəsi fars-molla rejiminin təxribat mərkəzi hesab olunan Qum şəhərində dini təhsil alanlardı. Mənimsədikləri zəhərli, iyrənc zir-zibilə uyğun olaraq dünyanın azad, demokratik dövlətlərindən biri kimi dəyərləndirilən və qəbul edilən Türkiyəni Əfqanıstana, fars-molla cameəsinə, üzü və dini dönüklərdən olan ərəblərə oxşatmağa çalışırlar. Məhz Qumda beyinləri zəhərlənmiş məxluqlar Azərbaycanın Ankara şəhərindəki səfirliyi qarşısında təxribat xarakterli aksıya keçirdilər. Yenə də, əsas rolda fars-molla rejiminin iyrənc təbliğat maşını olan “Səhər” TV çıxış edirdi. Bu üzdəniraq TV aksiyanın iştirakçılarının sayını müxtəlif texniki vasitələrdən istifadə etməklə çox göstərmək üçün hər cür vasitə və üsullardan istifadə etməkdən çəkinmədi. Bu azmış kimi aksiyanın təşkilatçılarından olan “oğru” ləqəbli Abdullah İmamoğlundan müsahibə alaraq, yayımlayıb. Bu “oğru” da mollaların tələbinə uyğun olaraq Azərbaycan haqqında ağlına deyil, ağzına gələnləri danışıb. Sərsəm fikirlərinə görə, guya məktəblərdə vahid geyim formasının tətbiq olunması ilə Azərbaycan islami qaydaları pozub. Ancaq bu məxluq Azərbaycan dövlətinin necə və hansı formada qaydaları pozduğunu deyə bilməyib. Bu da onun kəmsavad və ağıldan qüsurlu olduğunu göstərir.
“Oğru” ləqəbli Abdullah İmamoğlu Türkiyənin demokratik dövlət imicinə zərbə olan separatçı fikirlər də səsləndirib. Bildirib ki, Türkiyədə yeni xilafət qurulacaq və xilafətin adı “Rəşidi Xilafət dövləti” olacaq. Bədxah iddia edir ki, “Rəşidi Xilafət dövləti” qurulduqdan sonra müsəlman dövlətlərindən, o cümlədən Azərbaycandan hesab soruşulacaq.
Bu yerdə sual olunur Türkiyənin hüquq-mühafizə orqanları “oğru” ləqəbli Abdullah İmamoğlunun çəkinmədən ölkəsində “Rəşidi Xilafət dövləti” yaratmağı planlaşdırmalarından xəbərləri varmı? Məlumatları yoxdursa, deməli, yerlərində deyillər. Xəbərləri varsa və tədbir görmürlərsə, vay Türkiyə xalqının və dövlətinin halına onları böyük fəlakət gözləyir.
Türkiyə “FETÖ” terror təşkilatının törətdiyi qanlı hadisələrin ağrı-acısını hələ də tam aradan qaldıra bilməyib
Xilafət dövləti yaratmaq istəyən ünsürlər ilk öncə Türkiyəni “mollalaşdır”mağa, “ərəbləşdirmə”yə çalışırlar. Bunu üçün mütəşəkkil formada təşkilatlanırlar. Belə halda hüquq-mühafizə orqanları tədbir görməli və təxribatçıları həbs etməlidir. Lakin hüquq -mühafizə orqanlarında hələ ki, hərəkətlik yoxdur. Sabah yeni bir “FETÖ” hərəkatı baş qaldırsa, onun qarşısını almaq çətin ola bilər. Unutmaq olmaz ki, Türkiyə 2016-cı il 15 iyulunda “FETÖ” terror təşkilatının törətdiyi qanlı hadisələrinin ağrı-acısını hələ də tam aradan qaldıra bilməyib. O zaman da Türkiyədə təxribatçı qüvvələrin fəallığı ilə bağlı siqnallar mövcud idi. Dövlətin güc mərkəzləri isə yayılan məlumatları, verilən siqnalları qulaqardına vururdular. Nəticədə, Türkiyə dövləti üçün utancverici hadisə yaşandı. Hakimiyyəti devirib, yeni idarəetmə üsulu yaratmaq istəyənlər böyük iğtişaşlar törətdilər. Nəticədə 251 nəfər şəhid oldu, 2196 nəfər isə yaralandı.
Sonradan istintaq araşdırması ilə təsdiq olundu ki, “FETÖ” terror təşkilatı uzun illər dövlət içində böyük gücə malik olub. Hətta müəyyən hallarda siyasi hakimiyyətə təsirlərdə göstərib və tələblərinin yerinə yetirilməsinə nail olublar. Hadisələrdən sonra “FETÖ” -cular zərərsizləşdirdilər. Belə bir ağrı-acı yaşamış Türk xalqı və hakimiyyəti “Rəşidi Xilafət dövləti” yaratmaq istəyən ünsürlərin açıq fikirlərinə göz yummaları başa düşülən deyil. Digər tərəfdən onu da yaddan çıxarmaq olmaz ki, sevincli, kədərli vaxtlarında Türkiyənin yanında olan Azərbaycan xalqı və dövləti 2016-cı il 15 iyul hadisələri zamanı da qardaş dövlətin yanında oldu. O zaman Azərbaycan dövləti və xalqı dövlət çevrilişinə cəhdi böyük narahatlıqla qarşılamış, qəhrəman türk xalqına dəstəyini ifadə etmişdir.
Azərbaycanın Ankara şəhərindəki səfirliyi qarşısında Türkiyədə “Rəşidi Xilafət dövləti” yaratmaq istəyənlərin təşkil etdikləri aksiyada anormal görünən məqamlardan bir də ondan ibarət oldu ki, təşkilatçıların hər biri elə liderləri ağıldadır. Belə ki, “SEPAH”ın əsas dəstəkçilərindən olan iş adamları Abdurrahim Şener və Şükrü Hüseyinoğluda “oğru”nun sərsəm fikirlərini dəstəklədilər. Bununla bir daha aydın oldu ki, bu məxluqlar Azərbaycanın azad, demokratik, dünyavi dövlət olmasına qarşıdırlar. Yəni onların mini piketlərinin əsas mahiyyəti heç də baş örtüyü deyil.
Aksiyada edilən çıxışları tam dinlədikdən sonra o da aydın olur ki, bu məxluqları heç Azərbaycanın Nazirlər Kabinetinin ümumtəhsil müəssisələrində vahid geyim formasının tətbiq edilməsi ilə bağlı qərarı da maraqlandırmır. Onların beyinlərini məşğul edən və ağalarını narahat edən Azərbaycanın dünyanın əsas güc mərkəzlərindən biri olaraq region ölkələrinə diktə edən azad, demokratik dövlət olmasıdır.
İ.ƏLİYEV