Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, Elvin Astanov (nüvəitələmə), Ramil Qasımov (paracüdo), Pərvin Məmmədov (parapauerliftinq) və Oloxan Musayev (nüvəitələmə) Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunublar.