Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “F.Yusifov küçəsi 97” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair partiya üzvləri ilə növbəti görüş keçirilib.
YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunması, ölkənin iqtisadi potensialının gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin davam etdirilməsi və cəmiyyətin rifahının yüksəldilməsi məsələlərinə toxunulub.
Sədr müavini informasiya məkanında milli maraqların müdafiəsi, ideoloji təxribatlara qarşı mübarizə, gənclərin maarifləndirilməsi və partiya fəaliyyətinin daha çevik təşkili istiqamətində görüləcək işlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə digər çıxış edənlər qurultayda müəyyənləşdirilən vəzifələrin icrasında partiya üzvlərinin fəallığının artırılması, cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin inkişafına töhfə verilməsinin əsas məqsəd olduğunu qeyd ediblər.