PDF Oxu

Siyasət

  • 765

Dəmirçilər ərazi partiya təşkilatında VIII Qurultayın yekunları müzakirə olundu - ŞƏRH

Dəmirçilər ərazi partiya təşkilatında VIII Qurultayın yekunları müzakirə olundu - ŞƏRH

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı üzrə Dəmirçilər ərazi partiya təşkilatının fəallarının iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin və qarşıya qoyulan prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov qeyd edib ki, YAP-ın VIII Qurultayının tarixi və siyasi əhəmiyyətindən bəhs edərək Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin və müəyyənləşdirdiyi prioritet vəzifələrin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını vurğulayıb. O, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması, milli maraqların və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, eləcə də xalq-iqtidar birliyinin gücləndirilməsinin vacibliyini qeyd edib. Eldar Əsədov bildirib ki, qurultaydan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi hər bir partiya üzvündən fəallıq, məsuliyyət və vətənə sədaqət tələb edir. O, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, üzvlər arasında ideoloji işin davam etdirilməsinin və dövlət siyasətinin əsas istiqamətlərinin ictimaiyyətə çatdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə YAP-ın VIII Qurultayında səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının əhəmiyyəti vurğulanıb.

Digər xəbərlər