PDF Oxu

Siyasət

  • 538

YAP-ın VIII Qurultayının hədəfləri Ağdaş rayonunda geniş müzakirə olunub - FOTO

YAP-ın VIII Qurultayının hədəfləri Ağdaş rayonunda geniş müzakirə olunub - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qəbul edilən qərarların və gələcək fəaliyyət planlarının müzakirəsi məqsədilə Ağdaş rayonunda təşkil olunan silsilə görüşlər davam etdirilir. Bu silsilədən olan növbəti görüşlər Yuxarı Nemətabad, Aşağı Nemətabad və Mürsəl kənd ərazi partiya təşkilatlarında baş tutub. Görüşlərdə Yuxarı Nemətabad, Qobuüstü, Aşağı Nemətabad, Qəribli, Şıxlı, Mürsəl və Aşağı Zeynəddin kəndlərindən olan partiya fəalları bir araya gəliblər.

Görüşlərin hər biri müstəqil Azərbaycan Respublikasının memarı, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin torpaq bütövlüyü ilə suverenliyi naminə canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Görüşlərdə çıxış edən YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov ölkə başçısı, partiya Sədri İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqindən irəli gələn vəzifələr və strateji hədəflər barədə ətraflı məlumat verib. Anar Şahmuradov Prezidentin toxunduğu vacib məqamları şərh edərək, partiya fəaliyyətinin günün tələblərinə uyğun qurulmasının zəruriliyini bildirib. Qeyd olunub ki, yerli strukturların işində ideoloji fəaliyyətin müasir çağırışlara uyğun yenilənməsi mühüm şərtdir. Ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizin hazırkı inkişaf mərhələsində milli birliyin möhkəmləndirilməsi, sağlam ideoloji mühitin qorunması və dövlətçilik ideyalarının təbliği ən vacib vəzifələrdəndir.
Görüşlərdə söz alan ərazi partiya sədrləri və fəallardan Pünhan Məmmədov, Sona Əhmədova, Ərzuman Səfərov, Aidə Cavadova, Seymur Səfərəliyev, Zöhrə Yusifov, Səxavət Mustafayeva, Gülidə Abdullayeva, Bayram Mustafayev qurultayla bağlı fikirlərini ifadə ediblər. Onlar dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursu tam dəstəklədiklərini vurğulayaraq, Ağdaş rayonunda milli-mənəvi dəyərlərin yaşadılması, dövlətçilik ənənələrinin təbliği və partiyanın ideoloji xəttinin uğurla icrası naminə səylərini əzmlə davam etdirəcəklərini bildiriblər.

Digər xəbərlər