PDF Oxu

Siyasət

  • 688

Məqsədyönlü siyasət ölkəmizin davamlı inkişafına mühüm töhfələr verir

Məqsədyönlü siyasət ölkəmizin davamlı inkişafına mühüm töhfələr verir

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının təşkilatçılığı ilə Astara rayonunun Siyakü kəndində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşü açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov VIII Qurultayda müəyyən olunan strateji hədəflər, partiya üzvlərinin qarşısında duran vəzifələr, ideoloji işin müasir tələblərə uyğun təşkili və partiya fəaliyyətinin daha da gücləndirilməsi barədə ətraflı danışıb.
Tədbirdə çıxış edən qurultay nümayəndəsi, Vaqo kənd tam orta məktəbinin direktoru Qumru Hüseynova, Astara Rayon İcra Hakimiyyəti başçısının Siyakü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəlil Zahirov, ərazi partiya təşkilatı sədri, təqaüdçü müəllim Hikmət Muradov, Şağlazüzə tam orta məktəbinin müəllimi Zakir Şirvanov partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması, ideoloji təhlükəsizliyin qorunması, gənclərlə işin düzgün təşkili, gənc nəslin milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlı ruhda yetişdirilməsi, eləcə də Azərbaycanın uğurlu xarici siyasəti ətrafında söhbət açıblar.

Həmçinin tədbirdə fikir mübadiləsi aparılıb, bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, milli maraqların qorunmasına və Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verir.
Daha sonra qarşıda duran vəzifələr və onların həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər