PDF Oxu

Siyasət

  • 1 098

Uğurlu siyasət ölkəmizin qüdrətini yüksəldir - FOTO

Uğurlu siyasət ölkəmizin qüdrətini yüksəldir - FOTO

Ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Lerik rayon təşkilatının növbəti görüşü Siyov kəndində keçirilib.
Kənd məktəbində baş tutan görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin əhəmiyyəti, Azərbaycanın qazandığı tarixi nailiyyətlər, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə danışılıb.
Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolu, partiyanın qarşısında duran mühüm vəzifələr, eləcə də dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin yerinə yetirilməsində hər bir partiya üzvünün fəal iştirakı olduqca vacibdir.
Həmçinin o da qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə, ölkəmizin qüdrətinin artmasına və xalqımızın birliyinin möhkəmlənməsinə xidmət edir. Bu istiqamətdə partiya üzvlərinin üzərinə düşən məsuliyyətin yerinə yetirilməsi və dövlətçilik prinsiplərinin daim uca tutulması xüsusi əhəmiyyət daşıyır.

Tural Əliyev,

Lerik rayonu Daster kənd məktəbinin müəllimi

Digər xəbərlər