YAP Qəbələ rayon təşkilatının Qaz idarəsi ərazi partiya təşkilatının üzvləri ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı görüş keçirilib.
Görüşdə çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, milli maraqların qorunması və dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, qurultayda irəli sürülən vəzifələr hər bir partiya üzvünün üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan, Yeni Azərbaycan Partiyası üzvləri dövlətçilik prinsiplərinin qorunması, cəmiyyətlə əlaqələrin gücləndirilməsi və ölkəmizin gələcək inkişafına töhfə verilməsi istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər.
Tədbirdə çıxış edən Qəbələ Qaz İstismar İdarəsinin rəisi Elburus Məmmədov, ərazi partiya təşkilatının sədri Qalibə Məmmədova, Anar Çələbizadə və Araz Alammədov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən prioritetlərin ölkəmizin davamlı inkişafına, milli birliyin möhkəmləndirilməsinə və əldə olunan nailiyyətlərin qorunmasına xidmət etdiyini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən yeni hədəflər, ölkənin qarşıdakı inkişaf istiqamətləri, partiya təşkilatlarının üzərinə düşən vəzifələr, gənclərlə işin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.