PDF Oxu

Siyasət

  • 651

“Heydər Əliyev prospekti, 60” ünvanında yerləşən “Sabirabad Regional Poçt Filialı” ərazi partiya təşkilatında görüş keçirilib

“Heydər Əliyev prospekti, 60” ünvanında yerləşən “Sabirabad Regional Poçt Filialı” ərazi partiya təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının “Heydər Əliyev prospekti, 60” ünvanında yerləşən “Sabirabad Regional Poçt Filialı” ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədr müavini Daşqın Şıxəliyev çıxış edərək Prezident İlham Əliyevin qurultaydakı nitqinin əsas məqamlarından, ölkəmizin qarşısında duran strateji hədəflərdən və bu vəzifələrin həyata keçirilməsində partiya təşkilatlarının rolundan bəhs edib.
Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, iqtisadi inkişafın davam etdirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi və milli həmrəyliyin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu hədəflərin reallaşdırılması hər bir vətəndaşdan, o cümlədən partiya üzvlərindən məsuliyyətli yanaşma və fəal mövqe tələb edir.
Daşqın Şıxəliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yerli təşkilatları qurultayda səsləndirilən müddəaların mahiyyətinin üzvlərə çatdırılması, ideoloji işin gücləndirilməsi, ictimai fəallığın artırılması və partiyanın qarşısında duran vəzifələrin ardıcıl şəkildə yerinə yetirilməsi istiqamətində fəaliyyətlərini davam etdirməlidirlər.
Daha sonra YAP fəalları Zaur Həsənov, Əzizalı Mürsəlov və İlqar Ağamalıyev çıxış edərək qurultayda səsləndirilən fikirlərdən irəli gələn vəzifələr, öz fəaliyyət sahələrində daşıdıqları məsuliyyət və qarşıya qoyulan hədəflərin həyata keçirilməsinə verə biləcəkləri töhfələr barədə danışıblar.
Çıxışlarda partiya üzvlərinin fəallığının artırılmasının, əmək intizamının və məsuliyyət hissinin gücləndirilməsinin, kollektivdə sağlam əməkdaşlıq mühitinin qorunmasının, eləcə də dövlət siyasətinin əsas istiqamətlərinin əhali arasında düzgün təbliğinin əhəmiyyəti qeyd olunub.
Görüşün sonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsində hər bir partiya üzvünün üzərinə düşən məsuliyyət vurğulanıb. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün fəal iştirakın, təşəbbüskarlığın və birgə fəaliyyətin vacibliyi diqqətə çatdırılıb.

Digər xəbərlər