PDF Oxu

Siyasət

  • 620

Qaradağ rayonunun Sahil qəsəbəsində YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib

Qaradağ rayonunun Sahil qəsəbəsində YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib

Oktyabrın 27-də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Sahil qəsəbəsində yerləşən ərazi partiya təşkilatlarının nümayəndələrinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, partiyanın VIII Qurultayının nümayəndəsi İlqar İlyasov, ƏPT sədrləri, partiya fəalları, partiya veteranları və qəsəbə ziyalıları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirəni açan YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi hadisə olduğunu bildirib. Qeyd edib ki, VIII Qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultay olmaqla, həm ötən dövrün siyasi yekunlarına nəzər salmaq, həm də yeni mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin nitqi isə Azərbaycanın keçdiyi tarixi yolun, əldə edilmiş Zəfərlərin və qarşıdakı strateji hədəflərin geniş mənzərəsini təqdim edib. Dövlət başçısı bildirib ki, YAP-ın fəaliyyəti, qəbul etdiyi qərarlar və siyasi xətti yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələrindən danışan İlqar İlyasov YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayaraq, partiya üzvlərinin qarşısında duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

YAP Rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifələr, partiyanın fəaliyyətinin daha da gücləndirilməsi, üzvlərlə işin səmərəli təşkili, gənclərin və qadınların ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, eləcə də partiyanın rayon təşkilatının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

Müşavirədə çıxış edənlər 228 nömrəli tam orta məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Səkinə Rzayeva, “Qaranquş” Uşaq bağçasının müdiri Gülyanaq Nəbiyeva, Sahil qəsəbə ağsaqqalı İrzababa İbrahimov və I Qarabağ müharibəsi veteranı Bəxtiyar İsmayılov bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində böyük uğurlar əldə edilib. Bu uğurların kökündə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son 23 ildə Prezident, YAP Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən vahid inkişaf strategiyası dayanır. YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayan çıxışçılar partiya üzvlərinin qarşısında duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd ediblər.

Qurultayın keçirilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın son dövrlərdə keçdiyi mürəkkəb və şərəfli yolun bir daha nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzində keçirilən qurultay həm partiyanın qarşısında dayanan yeni vəzifələri müəyyənləşdirmək, həm də bu siyasi təşkilatın hansı tarixi şəraitdə meydana gəldiyini və ötən müddətdə hansı siyasi missiyanı yerinə yetirdiyini dəyərləndirmək üçün mühüm platforma oldu.

Digər xəbərlər