PDF Oxu

Siyasət

  • 606

Xaçmazda VIII Qurultayından irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş silsilə müşavirələr davam edir

Xaçmazda VIII Qurultayından irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş silsilə müşavirələr davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş silsilə müşavirələri davam edir.

Növbəti görüş Qımılqışlaq və Çaykənarı ərazi partiya təşkilatlarının iştirakı ilə Qımılqışlaq kənd tam orta məktəbində keçirilib.
Tədbir başlamazdan əvvəl Ulu Öndər, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirəni giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev bildirib ki, Qurultaydan sonra keçirilən silsilə müşavirələrin əsas məqsədi partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn mühüm hədəf və vəzifələri partiya üzvlərinin diqqətinə çatdırmaqdır.
O qeyd edib ki, müstəqil Azərbaycanın daha da qüdrətlənməsində, əldə olunmuş tarixi Zəfərin qorunub saxlanılmasında, eləcə də ölkəmizin gələcək inkişaf strategiyasının uğurla həyata keçirilməsində hər bir vətəndaşın, o cümlədən partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan, partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında fəallıq göstərməsi, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması və partiyanın fəaliyyətində ardıcıllığın təmin olunması mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən Qurultay nümayəndələri Könül Əskərova və Yaşar Abbasov, şəhid anası Bibixanım Mirzəmmədova, Qımılqışlaq ərazi partiya təşkilatının sədri Nazim Rzaxanov və şair Səxavət Ənvəroğlu ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən, YAP-ın VIII Qurultayında partiya üzvləri qarşısında müəyyənləşdirilən vəzifələrdən danışıblar. Çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar vurğulanıb, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasətə görə minnətdarlıq ifadə olunub.
Sonda YAP Xaçmaz rayon təşkilatının Qımılqışlaq ərazi partiya təşkilatının sədri Nazim Rzaxanov partiya sıralarında səmərəli fəaliyyətinə və anadan olmasının 70 illik yubileyi münasibətilə Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif edilib.

Digər xəbərlər