PDF Oxu

Siyasət

  • 606

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr Ağdaşda diqqət mərkəzindədir - FOTO

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr Ağdaşda diqqət mərkəzindədir - FOTO

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qəbul edilən qərarların, qarşıya qoyulan hədəflərin və müəyyənləşdirilən strateji vəzifələrin müzakirəsi məqsədilə YAP Ağdaş rayon təşkilatının keçirdiyi silsilə tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti görüşlər Gürcüva, Nehrəxəlil kənd və Ağdaş DAİM ərazi partiya təşkilatlarında təşkil olunub. Gürcüva kənd ərazi partiya təşkilatında keçirlən görüşdə Gürcüva, Pirəyir və Qaradağlı kəndlərindən, Nehrəxəlil kənd ərazi partiya təşkilatında keçirlən görüşdə isə Nehrəxəlil, Kotanrx və Cardam kəndlərindən olan partiya fəalları iştirak ediblər.

Görüşlərin əvvəlində Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Görüşlərdə YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov çıxış edərək partiyanın Sədri, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi mühüm fikirlər, qarşıya qoyduğu məqsədlər və gələcək fəaliyyət istiqamətləri barədə danışıb. O, dövlət başçısının çıxışında diqqətə çatdırılan əsas məsələləri təhlil edərək partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini qeyd edib.
Anar Şahmuradov bildirib ki, ideoloji işin təşkili zamanı ənənəvi yanaşmalarla kifayətlənməmək, müasir çağırışları nəzərə almaq və yeni tələblərə uyğun fəaliyyət göstərmək yerli partiya təşkilatlarının qarşısında mühüm vəzifələr müəyyənləşdirir. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir şəraitdə milli birliyin gücləndirilməsinin, sağlam ideoloji mühitin təşviqinin və dövlətçilik dəyərlərinin qorunub saxlanılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşlər zamanı ərazi partiya təşkilat sədrləri və partiya fəalları Amil Musayev, İlkin Vəliyev, Səba Musayev, Yeganə Həsənova, Ayaz Kərimov, Sevda Məmmədova, Azər Həsənov, İftixar İsmayılov, Əliyar Alxasov, Məhəmədəli Məmmədov, Mətləb Zülfüqarov çıxış edərək VIII Qurultayın nəticələri və qarşıda duran vəzifələrlə bağlı düşüncələrini bölüşüblər. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən strateji inkişaf kursuna dəstək ifadə edib, partiyanın yeni ideoloji xəttinin Ağdaş rayonunda uğurla həyata keçirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər. Onlar, həmçinin milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin təbliği və cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə hazır olduqlarını qeyd ediblər.

Digər xəbərlər