PDF Oxu

Siyasət

  • 860

Məqsədyönlü siyasət ölkəmizin davamlı inkişafına mühüm töhfələr verir - FOTO

Məqsədyönlü siyasət ölkəmizin davamlı inkişafına mühüm töhfələr verir - FOTO

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının Dəllər qəsəbə, İrmaşlı kənd, Şiştəpə kənd və Poçtamt ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüşlər keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsin bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Şəmkir rayon təşkilatının əməkdaşları Şövqi Həsənov, Azər Qəhrəmanov, Zaur Məmmədov və Turanə Rüstəmova VIII Qurultayda müəyyən olunan strateji hədəflər, partiya üzvlərinin qarşısında duran vəzifələr, ideoloji işin müasir tələblərə uyğun təşkili və partiya fəaliyyətinin daha da gücləndirilməsi barədə ətraflı danışıblar.
Tədbirlərdə çıxış edən ərazi partiya təşkilat sədrləri və fəallar partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması, ideoloji təhlükəsizliyin qorunması, gənclərlə işin düzgün təşkili, gənc nəslin milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlı ruhda yetişdirilməsi, eləcə də Azərbaycanın uğurlu xarici siyasəti ətrafında söhbət açıblar.

Həmçinin tədbirdə fikir mübadiləsi aparılıb, bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, milli maraqların qorunmasına və Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verir.

Daha sonra qarşıda duran vəzifələr və onların həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Digər xəbərlər