PDF Oxu

Siyasət

  • 566

YAP Kəlbəcər rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub - FOTO

YAP Kəlbəcər rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli çıxışdan irəli gələn məsələlərlə bağlı partiya fəalları ilə görüşləri davam etdirir.

Növbəti görüşlər Bakı şəhərinin Suraxanı rayonunda fəaliyyət göstərən 344 və 12 nömrəli, Sabunçu rayonunda fəaliyyət göstərən 84 nömrəli, Goranboy rayonunda fəaliyyət göstərən 100 və 33 nömrəli, Mingəçevir şəhərində fəaliyyət göstərən 118 nömrəli ümumi təhsil məktəblərində, eləcə də 55 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətində YAP fəallarının iştirakı ilə keçirilib.

Görüşlərdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, sədr müavini Qənaət Əsgərov, məsləhətçilər Elçin Salahov, Anar Əhmədov və digər partiya fəalları, məktəb direktorları, ərazi partiya təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlar zamanı Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolu Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın tarixi Zəfərə aparan inkişaf strategiyası ilə sıx bağlıdır.

Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən VIII Qurultay Azərbaycanın müasir siyasi tarixində mühüm əhəmiyyət daşıyır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər milli birliyimizin, dövlətimizin gücünün və beynəlxalq mövqelərimizin daha da möhkəmlənməsinin parlaq təzahürüdür.

Görüşlərdə Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən də bəhs olunub.

Xüsusilə vurğulanıb ki, təhsil sahəsində çalışan YAP fəalları gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirməlidirlər. Prezident İlham Əliyevin Qurultaydakı çıxışında diqqətə çatdırılan ideoloji məsələlər partiya təşkilatlarının fəaliyyətində əsas istiqamətlərdən biri olmalı, gənclərin milli maraqların qorunması, tarixi həqiqətlərin öyrənilməsi və ideoloji təxribatlara qarşı dayanıqlılıq ruhunda yetişdirilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır.

Görüşlərdə bildirilib ki, təhsil müəssisələrində çalışan partiya fəalları gənclərin dövlətçilik düşüncəsinin, milli kimliyinin və vətənə bağlılığının gücləndirilməsində fəal mövqe nümayiş etdirməli, Ulu Öndər Heydər Əliyevin ideyalarının və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursun mahiyyətinin gənc nəslə çatdırılmasına töhfə verməlidirlər.

Sonda VIII Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsi, partiya fəaliyyətinin daha da gücləndirilməsi və ideoloji işin səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparılıb, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Digər xəbərlər