Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “1 saylı orta məktəb” ərazi partiya təşkilatında partiya üzvlərinin iştirakı ilə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və qarşıda duran vəzifələrdən danışıb. Ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, üzvlərin təşəbbüskarlığının və ictimai-siyasi fəallığının artırılmasının vacibliyini vurğulayıb. Partiya üzvlərinin peşə fəaliyyətində və ictimai həyatda məsuliyyətli mövqeyinin, əhali ilə davamlı ünsiyyətinin qurultaydan irəli gələn vəzifələrin icrasına töhfə verdiyini qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin təbliği və maarifləndirici fəaliyyətin təşkili məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin ictimaiyyətə çatdırılmasında partiya üzvlərinin rolundan bəhs edib. Dövlət siyasətinin əsas istiqamətlərinin əhaliyə aydın və dolğun izah olunmasının, vətəndaşlarla birbaşa ünsiyyətin və onların fikir və təkliflərinin dinlənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Partiya fəalı Cavid Babayev çıxış edərək qurultayın nəticələrinin partiya üzvləri ilə müzakirəsinin qarşıda duran vəzifələrin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildirib. Ərazi partiya təşkilatının fəaliyyətində birgə təşəbbüslərin və üzvlərin fəal iştirakının vacibliyini vurğulayıb. Milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ənənələrinin yaşadılması və ictimai işlərdə fəallığın artırılması istiqamətində fəaliyyətin əhəmiyyətini qeyd edib.