"Prezident İlham Əliyevin 27 oktyabr 2026-cı ildə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışının əsas məzmununu Azərbaycanın beynəlxalq dialoq platforması kimi təqdimatı, multikulturalizm ənənələri və qlobal əməkdaşlıq ideyası təşkil edir. Azərbaycanın təqdim etdiyi tarixi-mədəni təcrübə bu müzakirənin mühüm hissəsidir. Forumun real nəticələri isə qarşılıqlı hörmətin, inklüzivliyin və birgə fəaliyyətin praktik müstəvidə nə dərəcədə möhkəmlənməsi ilə müəyyən olunur".Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Deputatı, siyasi elmlər doktoru, Rizvan Nəbiyev bildirib.Onun sözlərinə görə, ilk diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyev tərəfindən Forumun beynəlxalq əhəmiyyətinin vurğulanmasıdır:"Prezident Forumun effektiv və inklüziv platformaya çevrildiyini bildirərək onun yalnız mədəniyyət məsələlərini deyil, qlobal gündəliyin aktual problemlərini də müzakirə etdiyini qeyd etdi. Bu yanaşma mədəniyyətlərarası dialoqun dar çərçivədə, yalnız mədəni tədbir kimi deyil, beynəlxalq münasibətlərin vacib elementi kimi təqdim olunduğunu göstərir.Digər mühüm istiqamət Azərbaycanın tarixi və coğrafi mövqeyi, onun üstünlüklərinin əməkdaşlıq mexanizmlərinə çevrilməsi ilə bağlıdır. Ölkəmizin Avropa ilə Asiyanın qovşağında yerləşməsi mədəniyyətlər arasında körpü rolunun əsaslandırılması üçün istifadə olunur. Bu coğrafi mövqenin siyasi və diplomatik çəkiyə malik amil kimi təqdim edilməsidir. Beləliklə, 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən əsası qoyulan “Bakı Prosesi” Azərbaycanın beynəlxalq əməkdaşlıq təşəbbüslərinin davamlılığını nümayiş etdirən platforma kimi ön plana çıxır.Çox mühüm istiqamətlərdən biri multikulturalizm və dini-etnik tolerantlığın Prezident tərəfindən vurğualnmasıdır. Prezident bu dəyərləri Azərbaycanın tarixi irsi kimi səciyyələndirir. Burada milli təcrübənin beynəlxalq müstəviyə çıxarılması məqsədi özünü təsdiqləyir: müxtəlif mədəniyyətlərin və dini icmaların birgəyaşayışı qlobal problemlərin həlli üçün mümkün yanaşma kimi təqdim olunur. Bu gün tolerantlığın Azərbaycan modeli müxətlif platformalarda təqdir olunur. Azərbaycan modelin beynəlxalq miqyasda effektivliyi və əhəmiyyəti onun yalnız bəyanatlarla deyil, konkret nəticələr, qarşılıqlı etimad və davamlı əməkdaşlıqla da qiymətləndirilməsidir.Azərbaycanın beynəlxalq nüfuzunu yalnız ev sahibliyi etdiyi tədbirlərin sayı ilə ölçmək məsələyə birtərəfli yanaşma demək olardı. Əsas məsələ bu platformaların hansı nəticələrə xidmət etməsi, ölkənin təşəbbüslərinin beynəlxalq əməkdaşlığa hansı töhfələri verməsi və tərəfdaşlarla münasibətlərin hansı prinsiplər əsasında qurulmasıdır. Belə ki, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və onların əsasında əməkdaşlıq mexanizmlərinin təklif edilməsi Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirir. Həmçinin qarşıdurma və fərqli mövqelərdə olan dövlətlərin nümayəndələrinin Bakını dialoq məkanı kimi seçməsi də Azərbaycanın tərəfdaşlara münasibətlərə məhz dəyərlər əsasında sərgilədiyi yanaşma ilə bağlıdır. Azərbaycan heç bir siyasi düşərgəyə qoşulmadan böyük və qlobal güclərlə milli maraqların təmininə xidmət edən praqmatik və qarşılıqlı faydalı tərəfdaşlıq qurur. Nəticədə Azərbaycanın müstəqil xarici siyasəti, müxtəlif güc mərkəzləri ilə münasibətləri paralel inkişaf etdirməsi və dialoqa açıq mövqeyi ölkənin beynəlxalq əlaqələrini şaxələndirir. Mədəniyyətlərarası dialoqun təşviqi də bu siyasətin mühüm tərkib hissəsidir.Qarşıdakı illərdə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlər ölkənin qlobal gündəlikdə iştirakını genişləndirmək, müxtəlif regionlar arasında əlaqələri gücləndirmək və beynəlxalq əməkdaşlığın inkişafına töhfə vermək üçün əlavə imkanlar yaradacaq. Bu kontesktdə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qayəsi dialoqla praktiki fəaliyyət arasındakı əlaqəyə xidmətdir. Forumun “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” mövzusu beynəlxalq parçalanma, bərabərsizlik və qarşıdurmalar fonunda ortaq həll yollarının axtarışını nəzərdə tutur. Bu baxımdan əsas məsələ müxtəlif tərəflərin eyni platformada toplanması ilə kifayətlənməmək, müzakirələrin konkret təşəbbüslərə və ölçülə bilən nəticələrə çevrilməsidir".
Müəllif: Lətifə Musayeva