PDF Oxu

Siyasət

  • 602

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 73C ünvanlı ərazi partiya təşkilatında görüş keçirildi

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 73C ünvanlı ərazi partiya təşkilatında görüş keçirildi

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 73C ünvanlı ərazi partiya təşkilatında görüş keçirildi.
Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə - şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Ramazan Nəbiyev tədbiri giriş nitqi ilə açaraq çıxışında son illərdə ölkəmizdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan mühüm nailiyyətlər və qarşıda duran strateji hədəflər barədə ətraflı danışdı. O, ölkənin inkişaf prioritetləri çərçivəsində görülən tədbirlərin Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsində, institusional potensialın gücləndirilməsində və ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində mühüm rol oynadığını vurğuladı. Ramazan Nəbiyev bildirdi ki, Yeni Azərbaycan Partiyası bu gün təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Hazırda YAP regionun ən möhtəşəm uğurlarına imza atır. YAP-ın iqtidarda olduğu illərdə ölkəmizin qazandığı uğurlarda və qələbələrdə partiyamızın fəallarının çox böyük payı və töhfəsi var. Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən partiyamız hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirərək ölkəmizin demokratik prinsiplər əsasında hərtərəfli inkişafında mühüm əhəmiyyətli işlər görmüş və hər bir Azərbaycan vətəndaşının rifahının daha da yaxşılaşdırılması yolunda bütün imkanlarından səmərəli istifadə etmişdir. Məhz bu baxımdan YAP-ın VIII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Qurultay, həm də beynəlxalq aləmin diqqət mərkəzində idi.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov yekun nitq söyləyərək ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin milli maraqlara əsaslanan qərarlar, müasir yanaşmalar və qətiyyətli mövqe ilə səciyyələndiyini vurğuladı. Həmçinin natiq bildirdi ki, VIII qurultayın mühüm əhəmiyyətlərindən biri də qurultayın ilk dəfə idi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilməsi idi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev də qurultaydakı geniş və dərin məzmunlu çıxışında bu məqamı xüsusi vurğuladı. Dövlətimizin başçısı ötən qurultaydan keçən 5 il ərzində ölkədə, həmçinin beynəxalq aləmdə baş verən hadisələrdən, Azərbaycanın bütün sahələr üzrə qazandığı uğurlardan, Ermənistanın işğalçılıq siyasətinə Azərbaycanın öz gücü ilə son qoyulmasından, bəzi beynəlxalq təşkilatların, o cümlədən ermənipərəst dövlətlərin ikiüzlü siyasətindən, həmçinin tarixi qələbəmizə qısqanclıqla yanaşan anti-Azərbaycan qüvvələrin çirkin əməllərindən söhbət açdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Əsas vəzifələrimizdən biri də Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Yeni Azərbaycan Partiyasının fəallarının, bütün üzvlərinin bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəyinə əminliyini ifadə etdi.
Tədbirin sonunda təşkilati məsələlərə baxıldı - üzvlərin yekdil qərarı ilə Vasif Ağayev ərazi partiya təşkilatının sədri, Eltac Qəribov isə sədr müavini seçildi.
Vasif Ağayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirdi və ərazi partiya təşkilatının fəaliyyətinin bundan sonra da məsuliyyət, prinsipiallıq və yüksək təşkilatçılıq səviyyəsində davam etdiriləcəyinə, partiyanın nüfuzunun artırılmasına və qarşıya qoyulan hədəflərin reallaşdırılmasına töhfə veriləcəyinə əminliyini ifadə etdi.

Digər xəbərlər