Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatı üzrə 8 saylı İşıq idarəsi ərazi partiya təşkilatının fəal üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin və qarşıya qoyulan prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Yardımlı Elektrik Şəbəkəsinin rəisi Alim Qənbərli və partiya fəalları iştirak ediblər.
Çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov Partiyanın VIII Qurultayının siyasi əhəmiyyətindən, ölkəmizin qarşısında duran strateji hədəflərdən və Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən prioritet vəzifələrdən bəhs edib. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və ölkənin davamlı inkişafının təmin olunması istiqamətində mühüm rol oynayır. Anar Alışov qeyd edib ki, partiyanın hər bir üzvü Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mahiyyətinin ictimaiyyətə çatdırılmasında, milli maraqların qorunmasında və dövlətçilik prinsiplərinin təbliğində fəal mövqe nümayiş etdirməlidir. O, həmçinin VIII Qurultayda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, əhali ilə əlaqələrin gücləndirilməsi və partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının vacibliyini diqqətə çatdırıb.
Çıxış edən Yardımlı Elektrik Şəbəkəsinin rəisi Alim Qənbərli VIII Qurultayda müəyyənləşdirilən hədəflərin əhəmiyyətindən danışıb. O bildirib ki, ərazi partiya təşkilatları qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində yaxından iştirak etməli, partiya üzvlərinin fəallığının artırılması və dövlət başçısının həyata keçirdiyi siyasətin təbliği istiqamətində səylərini gücləndirməlidirlər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, VIII Qurultaydan irəli gələn vəzifələrin icrası ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri