PDF Oxu

Siyasət

  • 325

Kəlbəcərin Şəhəri Günü - xalqın milli iradəsinin qələbəsidir - ŞƏRH

Kəlbəcərin Şəhəri Günü - xalqın milli iradəsinin qələbəsidir - ŞƏRH

Azərbaycanın mühüm strateji əhəmiyyətə malik bölgələrindən biri olan, zəngin təbii ehtiyatları, əlverişli coğrafi mövqeyi, nadir təbiəti və qədim tarixi-mədəni irsi ilə seçilən Kəlbəcər rayonu uzun müddət erməni işğalına məruz qalmışdır. Lakin 2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycanın nəzarətinə qaytarılması ölkənin hərbi-siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünün bərpası istiqamətində atılmış mühüm addımlardan biri olmuşdur.

Kəlbəcərin işğaldan azad olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasi-strateji rəhbərliyinin, yüksək sərkərdəlik məharətinin, habelə Azərbaycan Ordusunun Vətən müharibəsi dövründə həyata keçirdiyi uğurlu hərbi əməliyyatların məntiqi nəticəsidir. Bu tarixi nailiyyət dövlətin siyasi iradəsinin, hərbi gücünün və milli həmrəyliyinin vəhdətini əks etdirən mühüm geosiyasi hadisə olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış həlledici addımlardan biri sayılır.
Erməni işğalçılarının Qarabağın bütün torpaqlarında olduğu kimi Kəlbəcərdə törətdiyi vəhşiliklər bu xislətin tək xalqımıza qarşı deyil, təbiətimizə və təbii sərvətlərimizə qarşı da böyük terrorçuluq siyasəti həyata keçirmələri onların necə vəhşi və qaniçən bir xislət olduğunu bir daha sübut edir.
İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident cənab İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Kəlbəcər Şəhəri Günü yalnız bir şəhərin bayramı kimi deyil, həm də Azərbaycan xalqının tarixi Zəfərinin, milli iradəsinin və doğma torpaqlara qayıdış idealının təntənəsi kimi dəyərləndirilir.
Uzun illər məcburi köçkün həyatı yaşamış insanların öz doğma yurdlarına qayıdışı tarixi ədalətin bərpasının və ölkənin ərazi bütövlüyünün tam şəkildə təmin edilməsinin ən mühüm göstəricilərindən biridir. Bu proses yalnız humanitar məzmun daşımır, həm də dövlətin postmünaqişə dövründə həyata keçirdiyi strateji inkişaf siyasətinin mühüm tərkib hissəsi kimi çıxış edir.
Kəlbəcər zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır. Rayonun əlverişli relyefi, saf dağ iqlimi, mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafı üçün geniş imkanlar yaradır.
İşğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunda genişmiqyaslı yenidənqurma və bərpa proqramları həyata keçirilməkdədir. Dövlət tərəfindən reallaşdırılan strateji layihələr çərçivəsində müasir yol-nəqliyyat şəbəkəsinin qurulması, yeni yaşayış məntəqələrinin salınması, sosial təyinatlı obyektlərin və mühüm infrastruktur komplekslərinin inşası bölgənin sosial-iqtisadi dirçəlişinə mühüm təkan verir.

Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

Digər xəbərlər