PDF Oxu

Siyasət

  • 603

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultayın müəyyən etdiyi inkişaf xətti üzrə görüşlər keçirilir

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultayın müəyyən etdiyi inkişaf xətti üzrə görüşlər keçirilir

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “F.X.Xoyski prospekti 72” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələrlə bağlı partiya üzvləri ilə növbəti görüş keçirilib.
Görüşlərdə Azərbaycanın davamlı inkişafının təmin olunması, dövlət müstəqilliyinin və suverenliyinin qorunması, milli maraqların müdafiəsi, eləcə də cəmiyyətin həmrəyliyinin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb. Ölkəmizin əldə etdiyi nailiyyətlərin geniş təbliği, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün izahı və informasiya mühitində milli dəyərlərin qorunması da müzakirə olunub.
Bildirilib ki, qurultayda müəyyənləşdirilən hədəflərin reallaşdırılması üçün partiya üzvləri ictimai-siyasi proseslərdə fəallıq göstərməli, maarifləndirmə işinə töhfə verməli və üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidirlər.

Digər xəbərlər