“İsraildəki seçkilər bir neçə istiqamət üzrə dəyərləndirilməlidir. Birinci məsələ odur ki, İsraildə keçirilən seçkilərin nəticəsi hökumətin koalisiyadan başqa çıxış yolu olmadığını göstərdi. Bu, birinci məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.Onun sözlərinə görə, ikinci məsələ ərəb partiyalarının, yəni fələstinliləri dəstəkləyən partiyaların ön sıraya çıxması və 19 yer əldə etməsidir:“Bu, ikinci önəmli məsələdir. Bu, İsrailin siyasi tarixində bir ilkdir.Üçüncü məsələ İsraildə sağ partiyaların zəifləməsi prosesinin başlamasıdır. Seçkilər bunu göstərmiş oldu.Dördüncü məsələ isə müxalifət partiyasının faktiki olaraq hakim Likud partiyası ilə ciddi rəqabətdə üstünlük əldə etməyə başlamasıdır. Bu məsələlər çox önəmlidir.Bundan başqa, burada daha bir məsələ ortaya çıxır. Bildiyimiz kimi, Netanyahunun məhkəmə prosesi var. Əgər o, hakimiyyətdə qala bilməsə, məhkəmə prosesi və həbs məsələsi yenidən gündəmə gələ bilər. Əslində, onun hakimiyyətdə qalmaq istəyinin əsas səbəblərindən biri də budur.Ona görə də çox ciddi amillər ortaya çıxıb. Düşünürəm ki, bu gün İsraildə müxalifətin müqavimət göstərməsi də mühüm amildir.Koalisiya hökuməti qurmağa məcburdurlar. Başqa çıxış yolu görünmür. Amma koalisiyanı Netanyahunun, yoxsa digər siyasi liderlərin quracağı hələ tam aydın deyil.Hər iki tərəf iddialıdır. Böyük ehtimalla, razılığa gələ bilməsələr, digər tərəf hakimiyyəti qurmağa çalışacaq. Məsələn, 61 səs çoxluğu təmin edən tərəf üstünlük əldə edir. Parlamentdə 120 deputat var. 61 mandat əldə edən tərəf hökuməti təkbaşına qurmaq imkanına malik olur.Hər iki tərəf ərəb partiyalarının koalisiyaya qoşulmasını istəmir. Çünki bu halda nazirliklərin bəzilərini ərəb partiyalarına verməli olacaqlar. Buna da razı olmaq istəmirlər.Amma düşünürəm ki, belə bir vəziyyətdə hər halda tərəflərdən biri razılaşmaya getməlidir. Yəni, müxalifət partiyası və Likud partiyası arasında razılıq əldə olunmalıdır.Hazırda baş nazirin səlahiyyətlərinin necə icra olunacağı da maraqlı məsələdir. Məsələn, Benjamin Netanyahu hansı statusda olacaq? Bu, kifayət qədər çətin məsələdir.Amma hər vəziyyətdə düşünürəm ki, koalisiyaya getməlidirlər. Əks halda, bu, hökumət böhranına gətirib çıxara bilər. Hökumət böhranı isə yeni problemlər ortaya çıxara bilər. Bu da tərəflərin maraqlarına uyğun deyil.Ona görə də İsraildə keçirilən bu seçkilər ölkənin siyasi taleyinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ciddi suallar ortaya çıxarır. Düşünürəm ki, burada ciddi problem var.Artıq razılaşmalar bağlı qapılar arxasında aparılacaq. Hansı partiya daha üstün olacaq? Hökuməti kim qura biləcək? Hansı partiyalar dəstək verəcək?Hətta müxalifət partiyası ilə Likud partiyası bir yerdə razılaşsalar belə, hökumətdə kabinetin necə formalaşacağı maraqlı məsələdir. Çünki nazirliklər bölüşdürülməlidir, böyük ehtimalla, tərəflər arasında yarıbayarı bölgü aparılmalıdır.Fərq çox azdır. Naftali Bennettin partiyasında da müəyyən sayda tərəfdarlar var.Ona görə də bu günlərdə hökumət böhranının yaranmasının əsas səbəblərindən biri İsraildə tanınmış siyasətçilərin bu məsələdə daha fəal mövqe sərgiləməsidir.Düşünürəm ki, hazırda böhran davam edir. Seçki bitib, amma böhran bitməyib. Böyük ehtimalla, yaxın bir həftə ərzində yeni kabinetin qurulması üçün işlər başlayacaq. Bundan sonra son nəticəni daha aydın görmək mümkün olacaq”.
Müəllif: Arzu Qurbanlı