PDF Oxu

Siyasət

  • 611

YAP Babək rayon təşkilatında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

YAP Babək rayon təşkilatında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatında tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Babək rayonunun mərkəzində yerləşən Şəhidlər abidə-Memorial Kompleksini ziyarət edərək Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.
Daha sonra YAP Babək rayon təşkilatının inzibati binasında davam edən tədbirdə Ulu öndər Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. Tədbirdə Yap Babək rayon təşkilatı Aparatının əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.
O qeyd edib ki, bu möhtəşəm Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və Azərbaycan Ordusunun gücü, qəhrəmanlığı, yüksək döyüş ruhu sayəsində əldə olunub. 44 gün davam edən Vətən müharibəsi xalqımızın birliyini, həmrəyliyini, milli iradəsini və torpaqlarımızın azadlığı uğrunda əzmini bütün dünyaya nümayiş etdirib.
İsa Məmmədov bildirib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası olmaqla yanaşı, xalqımızın milli qürurunun, ləyaqətinin və dövlətçilik iradəsinin təntənəsidir. Bu Qələbə Azərbaycan xalqının heç vaxt öz torpaqlarından imtina etməyəcəyini, Vətən sevgisinin və milli birliyin hər bir çətinliyin öhdəsindən gəlmək gücündə olduğunu sübut edib.
Çıxışında şəhidlərin qəhrəmanlığından və qazilərin fədakarlığından bəhs edən sədr onların Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərin heç zaman unudulmayacağını diqqətə çatdırıb. Vurğulayıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların ailələri hər zaman dövlətimizin və cəmiyyətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunacaqlar. Qazilərimizin sağlamlığı, sosial rifahı və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər də dövlətin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqətin bariz nümunəsidir.
Daha sonra şəhid Telmanlı Allahyarın anası Nuriyyə Əkbərova və şəhid Ramazanov Rasimin atası İsmayıl Ramazanov çıxış edərək övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan, onların əziz xatirəsinin daim uca tutulmasının əhəmiyyətindən bəhs ediblər. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək Vətən uğrunda canından keçən bütün qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar.
İkinci Qarabağ müharibəsinin iştirakçısı, qazi Rüfət Məmmədzadə isə müharibə dövründə Azərbaycan əsgərinin nümayiş etdirdiyi şücaət və döyüş əzmi haqqında danışıb. O, qazanılmış Zəfərin hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu qeyd edərək, şəhidlərin və qazilərin qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu bildirib.
Tədbirin sonunda şəhid ailələri ilə çay süfrəsi ətrafında səmimi görüş keçirilib, onların qayğı və problemləri dinlənilib. Daha sonra tədbir iştirakçıları YAP Babək rayon təşkilatının binası önündə xatirə fotosu çəkdiriblər.

Digər xəbərlər