Azərbaycanda hər kəsin qanuni yolla informasiya əldə etmək və onu yaymaq hüququna malikdir. Bu hüquq ölkəmizin qanunvericilik aktları ilə təsbit olunur və tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə görə, “hər kəsin məlumat azadlığı təmin edilir. Dövlət orqanlarının, bələdiyyələrin, vəzifəli şəxslərin fəaliyyəti barədə doğru-dürüst məlumat əldə etmək hər kəsin hüququdur”.
Eyni zamanda, müasir dövrün əsas yeniliklərindən olan internet resurslarından, sosial şəbəkələrdən istifadə etməklə informasiya əldə etmək vətəndaşların informasiya azadlığının mühüm göstəricilərindəndir. Yaradılan şəraitdən hər bir Azərbaycan vətəndaşı geniş formada yararlanır. Bu baxımdan, bu günə qədər bir nəfər belə informasiya azadlığına məhdudiyyətlərin qoyulduğu iddiası ilə çıxış etməyib və ya kiminsə sosial şəbəkələrdə yazdığı statusuna, paylaşdığı videolarına görə adi bir xəbərdarlıqla üzləşməsinə dair fakt mövcud deyil. Bütün bunlar Azərbaycanda söz və ifadə azadlığının ən yüksək səviyyədə təmin olunduğunu göstərir. Unutmaq olmaz ki, demokratiyanın beşiyi kimi təqdim edilməsinə çalışılan ABŞ-da və “azad qitə” olaraq təqdim olunan Avropada vaxtaşırı olaraq jurnalistlər təqib olunur, hədələnir və yazdıqları yazılara görə cərimələnir və həbsə atılırlar. 18 sentyabr 2026-cı ildə Donald Tramp administrasiyası tənqidi işıqlandırmanı əsas gətirərək CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişinə məhdudiyyət qoyub. ABŞ prezidenti D. Taramp bu barədə “Truth Social” sosial şəbəkə platformasında onları administrasiya haqqında yalan məlumatlar yaymaqda ittiham edib: “ABŞ Prezidentinin, Tramp administrasiyasının və ya Amerika Birləşmiş Ştatlarının fəaliyyətini işıqlandırarkən medianın daim uydurma hekayələr və yalanlar yaymasına yol verilməməlidir”
Avropa və ABŞ demokratiyası jurnalistlərin susdurulması üzərində qurulub
D. Tramp digər mətbu orqanlarını, televiziyalarını da hədələməkdən çəkinməyib. Bildirib ki, digər “saxta xəbərlər” yayan media qurumlarının da aqibəti eyni olacaq. Bununla yanaşı, təhdid və təzyiqləri ilə cəzalandırdığı media orqanları da var. Buna misal olaraq, Trampın Böyük Britaniyanın BBC yayım korporasiyasını məhkəməyə verərək ondan 5 milyard dollar təzminat tələb etməsini göstərmək olar. Florida ştatının Cənub dairəsi üzrə federal məhkəməsinin elektron bazasında dərc olunan sənədə əsasən, Tramp BBC-ni böhtan atmaqda və Florida ştatının “aldadıcı və qeyri-ədalətli ticarət təcrübələri” haqqında qanununu pozmaqda ittiham edir. Hər bir maddə üzrə Tramp ən azı 5 milyard dollar məbləğində təzminat, həmçinin faizlərin, məhkəmə xərclərinin, cərimələrin, vəkil xərclərinin və məhkəmənin məqsədəuyğun hesab edəcəyi digər ödənişlərin tutulmasını tələb edib. İddia ərizəsində deyilir ki, BBC-nin 6 yanvar 2021-ci ildə Trampın səsləndirdiyi çıxışın fraqmentlərini redaktə etməsi qəsdən və bəd niyyətlə həyata keçirilib.
Dəfələrlə Fransa prezidenti E.Makron, Almaniya kansleri F.Mertz və digərləri də media orqanlarına qarşı məhkəmə iddiası irəli sürüb və jurnalistləri cəzalandırıblar. Hazıra Fransada davam edən aksiyalar zamanı 113 media təmsilçisi bilavasitə hakimiyyətin təzyiqi ilə üzləşib və yaydıqları xəbərlərə görə bu və digər formada məsuliyyətə cəlb olunublar.
“Azadlıq” radiosu, “BBC” və “Meydan” TV çirkab içindədir
Əksər bitərəf beynəlxalq təşkilatların da qeyd etdiyi kimi, Azərbaycanda heç bir halda hansısa media təmsilçisinin fəaliyyətinə maneəçiliklərin törədilməsi və ya yazdıqları məqalələrə, paylaşdıqları videosujetlərə görə tənqid olunması faktı yoxdur. Sadəcə vergidən yayınma, qaçaqmalçılıq yolu ilə pul vəsaitlərini xaricdən ölkəmizə gətirmək və digər əməllərə əsasən məsuliyyətə cəlb edilən şəxslər olur. Bu da təbidir. Çünki hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Təbii ki, bu yüksək münasibətə adekvat yanaşma və hörmət olmalıdır. Yəni hər bir vətəndaş öz hərəkətlərinə, əməllərinə senzura tətbiq etməli, qanunların aliliyinə hörmət göstərməlidir. Təəssüf ki, bu prinsiplərə və qaydalara heç də hər kəs əməl etmir. Demokaratik şəraitdən sui-istifadə etməklə jurnalist şineli altında Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə vurmaq yolu tutanlar olur. Araşdırarkən məlum olur ki, belələri əsasən xarici qüvvələrin formalaşdırdıqları qrupun üzvləri və ya hansısa media orqanının təmsilçiləridir. “Azadlıq” radiaosu, “BBC”, “Meydan” TV və digər bu kimi təbliğat maşınlarının əsas fəaliyyətləri insanları şantaj etmək, qarayaxma kampaniyası aparmaq, təmiz, ləyaqətli insanları ləkələməyə çalışmaq, dezinformasiya xarakterli informasiyalarla cəmiyyətdə çaşqınlıq yaratmaqdır. Fəaliyyətlərinin bir hissəsini də Ermənistan üçün təbliğat platformasına çevrilmək təşkil edir. Media orqanları vaxtaşırı olaraq Azərbaycanla münasibətlər də Ermənistanın mövqeyini müdafiə edən xəbərlər yayır, reportajlar paylaşırlar. Bu baxımdan da sözügedən təbliğat maşınları Ermənistanda böyük oxucu rəğbəti qazanıb.
Bu üzdəniraq media orqanlarının fəaliyyətlərini araşdırarkən aydın olur ki, onlar çirkab içindədirlər. Bir qədər əvvəl “Azadlıq” radiosu rüşvət və korrupsiya halları ilə çalxalandı. Radionun Bakı ofisində yaşanan rüşvət və korrupsiya halı beynəlxalq mətbu orqanların səhifələrində hələ də müzakirə edilməkdədir. O zaman ABŞ-ın Yayım Şurası İdarə Heyətinin Beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimblin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələrək məsələni yerindəcə araşdırmağa cəhd etmişdilər. Araşdırma aparılsada nəticələrlə bağlı mətbuata açıqlama verilmədi. Bu isə onların rüşvət payından rol aldıqlarını nümayiş etdirir. Həm də rüşvət qalmaqalının bir ucu Konqresin şişman məxluqlarına gedib çıxır. Ona görə də məsələnin dərinliyinə gedilmədi. Sadəcə, bir zaman konqresmen Kristofer Smitin yalanını üzə çıxarıb, onu ifşa etmiş radionun rəhbəri Kənan Kazımoğlu cəzaya məhkum olundu. Çünki ABŞ Konqresindən verilən tapşırıq belə idi. Yaranan fürsət qaçılmamalı və K. Smiti bütün dünyada ifşa edən və bunla həm də ABŞ Konqresini çətin duruma salan K.Kazımoğlu cəzasını almalı idi və belə də oldu. Ancaq fakt ondan ibarətdir ki, pulların silinməsi əmri ABŞ-dan gəlib. O zaman baş verənlərdən guya ciddi narahatlıq keçirdiyini iddia edən radionun ABŞ-dakı rəhbər şəxslərdən biri Ceymis Kornegin qeyd etmişdir ki, rüşvət və korrupsiya faktı Konqresə rüsvayçılıq gətirir və radionun imicini alt-üst edir: “bir zamanlar korrupsiyaya qarşı mübarizənin carçısı kimi tanınmış "Azadlıq" radiosunun adının bu gün korrupsiya halları ilə yanaşı çəkildiyini görmək çox kədərlidir. 50 il ərzində ağır zəhmət nəticəsində əldə edilmiş şöhrət və etibarın qısa müddətdə bu şəkildə xərclənməsi ikiqat kədərlidir”.
Meydan TV-nin əməkdaşları: “Meydan TV hazırda pis idarǝçilik altındadır”
Hazırda qərəzli və pozucu informasiyaların yayılmasında əsas rola malik “Meydan TV daxilində də "Azadlıq" radiosunda baş verən rüşvət və korrupsiya qalmaqalı yaşanır. Əsaslı faktlara görə, Meydan TV-nin Berlindəki ofisinin rəhbərləri sıravi əməkdaşlara verilməli olan maliyyə vəsaitlərini mənimsəyirlər və bu da TV-nin regional bürolarının fəaliyyətində ciddi problemlər yaradıb. Meydan TV-nin hǝbsdǝ olan Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Umudova telekanalın Berlindəki rəhbərliyinə qarşı daha sərt açıqlamalarla çıxış ediblər. Bu barədə jurnalist Əfqan Muxtarlı sosial şəbəkə hesabında paylaşım edib. Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Umudovanın yaydıqları bəyanatda qeyd olunur ki, Meydan TV hazırda pis idarǝçilik altındadır: “Yaradıcı azadlığın qamçılandığı, işçilǝri psixoloji tǝzyiq altında saxlayan media bu gün dǝyǝrli ǝmǝkdaşlarını, TV-nin ǝsas işçi heyǝtini itirmǝklǝ üzlǝşib. Redaksiyada bu şǝrtlǝrǝ boyun ǝymǝyib baş qaldıran işçilǝr ard-arda istefa vermǝyǝ mǝcbur buraxılır. ...Menecer kimi işǝ başlayan Matt Kasper gedişatda özünü direktor vǝ tǝk söz sahibi elan edib. Bu şǝxs baş ofisi Berlindǝ yerlǝşǝn Meydan TV-ni qeyri-demokratik vǝ qeyri-şǝffaf formada idarǝ edir. Peşǝsi sorğulamaq olan, azad ruhlu, kimsǝnin diktǝsi ilǝ hǝrǝkǝt etmǝyǝn jurnalistlǝr üzǝrindǝ iyerarxiya qurub aldığı qǝrarları qeyri-şǝrtsiz qǝbul etdirmǝyǝ çalışır. Onun ǝn böyük dǝstǝkçisi, baş redaktor vǝzifǝsini müvǝqqǝti icra edǝn Sevda Sǝmǝdova işçilǝrǝ mobbinq vǝ zorbalıq edir. Yaradıcı mühiti onlar üçün dözülmǝz hala gǝtirir. S. Sǝmǝdova “işçi haqları tanımıram” deyǝ bǝyan edǝrǝk daxili strukturun demokratiyanın ǝsas sütunu olan seçki yolu ilǝ formalaşmasını qǝbul etmir”.
Meydan TV-nin əməkdaşlarının bəyanatında qeyd olunur ki, jurnalistlərin rǝhbǝrliyǝ ünvanladıqları suallar cavabsız qalıb, hesabatlılıq tǝmin olunmayıb: “Hǝbsxanadan yazdığımız mǝqalǝlǝrin dǝrci süni şǝkildǝ gecikdirildi, mǝhkǝmǝmiz ǝhatǝli formada işıqlandırılmadı. Bunlara etiraz edǝrkǝn “Nǝyi, necǝ, nǝ vaxt etmǝk lazım olduğunu biz bilirik” cavabını aldıq. “Hǝr kǝsin meydanı, alternativ media olacağıq” şüarları ilǝ yaradılan TV sǝhifǝlǝri mǝhdud mövzular vǝ Azǝrbaycan cǝmiyyǝtinǝ xitab etmǝyǝn xarici kontentlǝ doldurulur. Biz bu cür fǝaliyyǝt göstǝrǝn kanalımızın hazırkı rǝhbǝrliyini qǝbul etmirik. Meydan TV-dǝ demokratik mühit bərqərar olana, adıçǝkilǝn şǝxslǝr vǝzifǝdǝn uzaqlaşdırılana qǝdǝr onların yanında duruş gǝtirmǝdiyimizi bǝyan edirik”.
Meydan TV-nin əməkdaşlarının uzun illər tapşırıqlarını icra etdikləri rəhbərlərinə qarşı sərt ittihamlarla çıxış etmələri onu deməyə əsas verir ki, aşağılarla yuxarılar arşında həlli mümkün olmayan qarşıdurma yaranıb. Qarşıdurmaya əvvəlki illərdən yığılıb,qalan problemlərin əlavə olunması və ayrılan maliyyə vəsaitlərinin rəhbərlik tərəfindən mənimsənilməsi radionun sabahının qaranlıq olacağından xəbər verir. Yəni mövcud faktlara və reallıqlara əsaslanmaqla qeyd etmək olar ki, çox yaxın vaxtlarda Meydan TV tarixin zibilliyinə göndəriləcək. Artıq payız gəlməmiş saralan yarpaq kimi, TV daxildən yarpaq tökümü başlayıb.
İ.ƏLİYEV