PDF Oxu

Siyasət

  • 260

Yeni Azərbaycan Partiyasının yaranması: tarixi şərait və siayasi zərurət - ŞƏRH

Yeni Azərbaycan Partiyasının yaranması: tarixi şərait və siayasi zərurət - ŞƏRH

Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan, ölkəmizin inkişafında böyük rolu olan siyasi təşkilatdır. YAP-ın yaranması Azərbaycanın çətin və mürəkkəb dövrünə təsadüf edir. Həmin illərdə ölkəmizdə sabitliyə, birliyə və güclü dövlət rəhbərliyinə böyük ehtiyac var idi. Belə bir zamanda xalqımızın görkəmli oğlu, Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanlar Yeni Azərbaycan Partiyasını yaratdılar. Bu partiyanın yaranması ölkəmizin gələcək inkişafı üçün mühüm addım oldu. YAP-ın keçdiyi tarixə nəzər saldıqda görürük ki, bu təşkilat yarandığı gündən etibarən dövlətçilik maraqlarını, xalqın birliyini və Azərbaycanın inkişafını əsas məqsəd seçib.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin əsası qoyuldu, dövlət quruculuğu istiqamətində mühüm işlər görüldü. Azərbaycan çətinliklərdən çıxaraq inkişaf yoluna qədəm qoydu. Bu dövrdə Yeni Azərbaycan Partiyası da öz siyasi fəaliyyətini genişləndirərək xalqın etimadını qazandı. YAP-ı dünənin partiyası adlandırmağımızın əsas səbəbi onun zəngin tarixə və böyük siyasi təcrübəyə malik olmasıdır. Partiyanın dünəni Azərbaycanın müstəqillik tarixinin mühüm bir hissəsidir. Bu tarixdə Ulu Öndər Heydər Əliyevin xidmətləri, dövlətçiliyimizin qorunması, milli birliyin möhkəmləndirilməsi və ölkəmizin inkişafı üçün görülən işlər xüsusi yer tutur. Bu gün əldə etdiyimiz uğurların təməlində həmin illərdə atılan düzgün addımlar dayanır. YAP bu günün də partiyasıdır. Çünki partiya müasir Azərbaycanın inkişaf prosesində fəal iştirak edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə böyük uğurlar qazanır. Azərbaycanın beynəlxalq nüfuzu artır, iqtisadi imkanları genişlənir, ordumuz daha da güclənir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər xalqımızın birliyini, ordumuzun gücünü və dövlətimizin qüdrətini bütün dünyaya göstərdi. Bu qələbə Azərbaycan tarixində yeni bir səhifə açdı. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri əldə etdiyimiz uğurları qorumaq, ölkəmizin daha da inkişaf etməsinə öz töhfəmizi verməkdir. Yeni Azərbaycan Partiyası da bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Partiyanın əsas gücü onun xalqla birliyində, dövlətə bağlılığında və qarşıya qoyduğu məqsədlərdədir. YAP üzvləri yaşadıqları bölgələrdə, çalışdıqları müəssisələrdə və cəmiyyətin müxtəlif sahələrində fəal olmalı, dövlətimizin siyasətini insanlara düzgün çatdırmalı, ictimai işlərdə yaxından iştirak etməlidirlər. YAP-ın gələcəyin partiyası olması isə onun gənclərə verdiyi önəmdə, yeniliyə açıq olmasında və qarşıya qoyduğu böyük hədəflərdə özünü göstərir. Bu gün ölkəmizdə savadlı, bacarıqlı və vətənpərvər gənclər yetişir. Onların dövlət idarəçiliyində, təhsildə, elmdə, iqtisadiyyatda və digər sahələrdə fəal iştirakı Azərbaycanın gələcəyi üçün çox vacibdir. Gənclərin partiya sıralarına qoşulması, ictimai-siyasi proseslərdə iştirak etməsi yeni ideyaların və təşəbbüslərin ortaya çıxmasına şərait yaradır. Biz başa düşməliyik ki, güclü dövlət yalnız görülən böyük işlərlə deyil, həm də hər bir vətəndaşın məsuliyyəti, zəhməti və vətənə bağlılığı ilə formalaşır.
Qeyd edim ki, hər bir YAP üzvü öz fəaliyyəti ilə partiyanın adına layiq olmağa çalışmalıdır. İnsanlarla ünsiyyət qurmaq, onların problemlərini dinləmək, gənclərə dəstək olmaq və cəmiyyətin inkişafına töhfə vermək hər bir partiya üzvünün əsas vəzifələrindəndir. Yeni Azərbaycan Partiyasının dünəni bizim tariximiz, bu günü fəaliyyətimiz, gələcəyi isə qarşıya qoyduğumuz məqsədlərdir. Bu üç dövr bir-biri ilə sıx bağlıdır. Dünənin təcrübəsi bu günümüzə yol göstərir, bugünkü fəaliyyətimiz isə gələcəyimizin əsasını yaradır. İnanırıq ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi yol bundan sonra da uğurla davam etdiriləcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük nailiyyətlər qazanacaq, dövlətimizin gücü və xalqımızın rifahı daha da artacaq. Yeni Azərbaycan Partiyası dünənin sınaqlarından keçmiş, bu günün məsuliyyətini daşıyan və gələcəyə inamla addımlayan partiyadır.

Məcid Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Digər xəbərlər