PDF Oxu

Siyasət

  • 365

20 Noyabr - Ağdam Şəhəri Günü - ŞƏRH

20 Noyabr - Ağdam Şəhəri Günü - ŞƏRH

Noyabrın 20-si Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli iradənin, hərbi zəkanın və diplomatik qüdrətin mütləq təntənəsi kimi həkk olunan Ağdam Şəhəri Günüdür. Uzun illər davam edən ağır həsrətə son qoyan bu tarix, Qarabağın döyünən ürəyi sayılan Ağdamın tək bir güllə belə atılmadan, hərbi-siyasi təzyiq nəticəsində azadlığa qovuşduğu unikal qurtuluş günüdür. Bu hadisə dünya hərb və diplomatiya tarixinin ən nadir səhifələrindən biri kimi öyrənilməkdədir.

Ağdam şəhəri 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilərkən regionun ən böyük, iqtisadi, mədəni və demoqrafik baxımdan ən inkişaf etmiş şəhərlərindən biri idi. Ağır və yüngül sənayeyə, dəzgah avadanlıqları istehsalına və zəngin kənd təsərrüfatına malik olan bu şəhər məqsədyönlü şəkildə tamamilə talan edildi. Lakin bu amansız işğal təkcə iqtisadiyyatı yox, həm də xalqın tarixi yaddaşını hədəf almışdı. Dünyada nadir sayılan Çörək Muzeyi onlarla digər abidə vəhşicəsinə dağıdıldı. Ağdam Cümə məscidinin minarələri uçuruldu, ibadətgah təhqir olunaraq içərisində heyvanlar saxlanıldı. Qanunsuz arxeoloji qazıntılar aparılaraq qiymətli faktlar oğurlandı. Xarici jurnalistlərin və tədqiqatçıların gördükləri dəhşətli mənzərə qarşısında "Qafqazın Xirosiması" adlandırdıqları bu vəhşilik sözün əsl mənasında mədəni soyqırım idi. Düşmənin 2010-cu ildə şəhərin adını qondarma “Akna”ya dəyişməsi kimi saxtakar cəhdləri isə iflasa uğradı.

2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində isə Azərbaycanın Müzəffər Ali Baş Komandanı Möhtərəm Prezidentimiz İlham Əliyevin tətbiq etdiyi uzaqgörən hərbi taktika Ağdamın taleyində həlledici rol oynadı.Ermənistan ordusu on illər ərzində ən güclü, minalanmış və dərin beton istehkamlardan ibarət müdafiə xəttini məhz bu istiqamətdə qurmuşdu. Lakin Azərbaycan Ordusu düşmənin gözlədiyi kimi birbaşa hücum edərək xeyli itki vermək əvəzinə, mükəmməl taktika işlədərək cənub və şimal istiqamətlərindən sürətlə irəlilədi. Kəşfiyyatımızın bölgəyə tam hakim olması və zərbə pilotsuz uçuş aparatlarının dəqiq əməliyyatları düşmən ordusunda vahimə yaratdı və 10 mindən çox erməni hərbçisi döyüş meydanından fərarilik etdi. Bu, Azərbaycan hərbi zəkasının düşmənin kütləvi silahına və beton sədlərinə qalib gəldiyi tarixi an idi.

Müzəffər Ordumuzun qarşısıalınmaz irəliləyişi nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam təhvil alındı. Tarixi qurtuluşdan cəmi üç gün sonra – noyabrın 23-də dövlət başçısı Müzəffər Ali baş Komandan Möhtərəm Prezidentimiz İlham Əliyev Ağdamın mərkəzinə səfər edərək dağıdılmış məscidin önündə qürur mənbəyimiz olan üçrəngli Azərbaycan bayrağını ucaltdı.

Bu gün Ağdam sadəcə qurtuluş sevincini deyil, həm də möhtəşəm dirçəliş dövrünü yaşayır. Dövlətimizin prioritet elan etdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində illərlə "Ruhlar şəhəri" adlandırılan məkan indi qaynar bir tikinti və coşqun həyat meydançasını xatırladır.Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur: Bərdə-Ağdam avtomobil və dəmir yolları ,Ağdam Sənaye Parkı, yeni istehsal və təhsil müəssisələri, dağıdılmış tarixi abidələr, o cümlədən Ağdam Cümə məscidi və İmarət kompleksi əsaslı şəkildə bərpa olunub və yeniləri yaradılır.Geniş yaşıllıq zolaqlarının salındığı, alternativ enerji mənbələrinin tətbiq edildiyi və ən son texnologiyalarla inşa olunan "Ağıllı şəhər" konsepsiyası Ağdamın gələcək simasını müəyyən edir. Abadlığı və gözəlliyi ilə həmişə göz oxşamış ağdamda sıralan evlərin ağ damları onun yenə də abad,müasir yaşayış məskəninə və ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcəyini göstərir.Bütün bu qlobal miqyaslı quruculuq işləri bütün dünyaya bir daha sübut edir ki, heç bir amansız işğal xalqın öz dədə-baba torpağına olan bağlılığını məhv edə bilməz və bu gün Ağdamda ucalan üçrəngli bayrağımız,əbədi qayıdışımızın,sarsılmaz iradəmizin ən ali rəmzidir.Bu xoşbəxtliyi bizə bəxş edən Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına ,canını və sağlamlığını torpaqların azadlığı uğrunda itirən Şəhid və Qazi qardaşlarımıza bir ömür minnətdarıq!

Sevinc Həsəənova

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimya İnstitutu Publik hüquqi Şəxs Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektor müdiri

YAP Yasamal royan Ərazi Partiya Təşkilatının sədri

Digər xəbərlər