PDF Oxu

Siyasət

  • 565

Hüquqları qorunan uşaq – güclü cəmiyyət - FOTOLAR

Hüquqları qorunan uşaq – güclü cəmiyyət - FOTOLAR

Astara Pedaqoji Kollecində Uşaq hüquqları aylığı çərçivəsində “Hüquqları qorunan uşaq – güclü cəmiyyət” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Humanitar fənlər” FBK-nın tarix müəllimləri Elçin Mahmudov, Şükran Şabanov, Azad Hüseynzadə, Səbinə Zeynallı uşaqların hüquq və azadlıqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin vacibliyindən, BMT-nin Uşaq Hüquqları Konvensiyasının əsas prinsiplərindən, uşaqların təhsil, sağlamlıq, müdafiə və bərabər imkanlara sahib olmaq hüquqlarından bəhs etdilər. Bildirildilər ki, uşaqların hüquqlarının qorunması yalnız dövlətin deyil, həm də ailənin və cəmiyyətin üzərinə düşən mühüm məsuliyyətdir. Hər bir uşağın fərdi inkişafına, təhsilinə və sosial rifahına göstərilən diqqət sağlam və savadlı gələcək nəslin formalaşmasında mühüm rol oynayır.

Digər xəbərlər