PDF Oxu

Siyasət

  • 340

Dünənin, bu günün və gələcəyin partiyası - ŞƏRH

Dünənin, bu günün və gələcəyin partiyası - ŞƏRH

Filosofların gəldiyi ortaq qənaətə görə sağlam əqidənin üç əsas şərti vardır: 1. ağıla və məntiqə əsaslanmaq, yəni fanatizmdən uzaq olmaq, 2. əxlaqi dəyərlərə söykənmək, yəni başqasına zərər verməmək, 3. sözlə əməlin üst-üstə düşməsi, yəni daxili bütövlük. Əlbəttə ki, hər kəs bu həyata bir amalçun gəlir. Yetər ki, amalımız, əqidəmiz və həyata baxış bucağımız sağlam tərzdə olsun. Biz gəncləri irəliyə aparan yalnız bir sağlam və dürüst əqidə yolu vardır. O da məhz, Yeni Azərbaycan Partiyasıdır. Ümimilli liderimiz Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası- dünənin, bu günün və gələcəyin partiyasıdır. Bu ifadə Yeni Azərnaycan Partiyasına verilən ən doğru qiymətdir. Məqsədimiz sona qədər dövlət partiyamızı dəstəkləmək və siyasi platformanı uğurla davam etdirməkdir. Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın ağır, keşməkeşli bir dönəmində müstəqillik tariximizin mürəkkəb zamanında meydana gəlmiş ictimai-siyasi bir hadisə idi. Düzdür, 18 oktyabr 1991-ci ildə biz öz müstəqilliyimizi əldə etmişdik. Amma buna baxmayaraq, ölkədəki özbaşınalıq, kobud da səslənsə dərəbəylik, zəif və səriştəsiz idarəçilik, siyasi və iqtisadi çətinliklər, həmçinin cılız ermənistanın ölkəmizə qarşı ardı-arası kəsilməyən hərbi təcavüzü səngimək bilmirdi. Bunu artıq həzm edə bilməyən tanınmış ziyalılarımız və ictimai-siyasi xadimlərimiz dövlət müstəqilliyimizin qorunması naminə və xaotik vəziyyətdən qurtulmaq məqsədi ilə yeni siyasi partiyanın yaradılması üçün təşəbbüs göstərdilər. Beləliklə, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalımız Ulu Öndər Heydər Əliyevə müraciət edərək, xalqı öz ətrafında sıx birləşdirə biləcək yeni siyasi təşkilatın yaradılmasına ehtiyac olduğuna əsaslanaraq, nəzərdə tutulan Yeni Azərbaycan Partiyasına (YAP) rəhbərlik etməsini xahiş etdilər. Bu müraciət “Azərbaycan Sizin sözünüzü gözləyir” başlığı ilə “Səs” qəzetində dərc olundu. 1992-ci il oktyabrın 24-də Ulu Öndər Heydər Əliyev bu təşəbbüsü yüksək qiymətləndirərək “Yeni müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubu ilə ziyalılarımıza razılığını bildirdi.

21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində, Naxçıvan Dövlət Dram Teatrının binasında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu konfransda müxtəlif bölgələrimizi təmsil edən 550 nəfərlik təşəbbüs qrupu iştirak etmişdir. Beləliklə, konfransda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması haqqında qərar, partiyanın proqramı və nizamnaməsi qəbul olundu. Ulu Öndərimiz Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Xalqımızın öz mənafeyini güdməyən, özünü heç bir təhlükədən söğortalamayan, xalqına, millətinə özünü qurban verən, müdrik, zəngin dövlətçilik təcrübəsinə malik olan və dövlətin milli maraqlarını əsas tutan görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyevə ehtiyacı var idi. Bu çətin dönəmdə onun xalqa dəstəyi heç bir zaman unudulmadı və unudulmayacaq! Bir sözlə, yaxşılar heç bir zaman ölmür, onlar sadəcə bizdən cismən ayrılır.

Bu gün Ümumilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu Ali Baş Komandanımız, prezident İlham Əliyev davam etdirir. Azərbaycanımızın ərazi bütövlüyünün və müstəqilliyimizin tam bərpası, milli birliyimizin təmin edilməsi, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimiz və sonradan həyata keçirilən yenidənqurma işləri, beynəlxalq münasibətlərdə yüksək tərəfdaşlıq, dostluq əlaqələri məhz Ulu Öndərimiz Heydər Əliyevin qoyub getdiyi siyasi kursun nəticəsidir.

Əliəskərova Nuray,

YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər