İtaliya Azərbaycanla dəmir yolu və infrastruktur sahəsində əməkdaşlığa hazırdır
İtaliya Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində, xüsusilə infrastruktur, dəmir yolu və digər strateji sahələrdə birgə layihələrin həyata keçirilməsində maraqlıdır. İtaliya şirkətləri Azərbaycanın gələcək inkişafına töhfə verməyə hazırdır.SİA xəbər verir ki, bu fikirləri İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.O qeyd edib ki, Azərbaycanla İtaliya arasında sualtı kabel layihələri, dəmir yolu infrastrukturu və digər istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.Nazir vurğulayıb ki, İtaliya dost ölkə olan Azərbaycanın gələcək inkişaf mərhələsində iştirak etmək və yeni investisiya layihələri həyata keçirmək niyyətindədir.A.Tayani bildirib ki, iki ölkə arasında qarşılıqlı investisiyalar iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Müəllif: Günay Hacıyeva