Kəlbəcər bu gün quruculuq və abadlıq meydanına çevrilib.SİA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, Azərbaycan artıq altı ildir işğaldan azad edilmiş ərazilərinin azad olunma günlərini qeyd edir. Onun sözlərinə görə, bu tarixi nailiyyət Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qüdrəti və xalq-iqtidar birliyinin nəticəsidir.Siyavuş Novruzov qeyd edib ki, əldə olunan Zəfər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurlu nəticəsidir.Kəlbəcərin işğal tarixindən danışan deputat bildirib ki, 1993-cü ildə həmin ərazinin itirilməsi Azərbaycanın təhlükəsizliyi üçün ciddi təhdidlər yaratmış, Qarabağla yanaşı, Gəncənin də işğal təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. O, həmin dövrdə ölkə rəhbərliyinin Kəlbəcərin müdafiəsi istiqamətində lazımi tədbirlər görmədiyini vurğulayıb.Deputatın sözlərinə görə, Kəlbəcər kimi strateji ərazinin işğalı sonrakı dövrdə Qarabağın və digər işğal altındakı torpaqların azad edilməsini daha da çətinləşdirmişdi.Siyavuş Novruzov diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Kəlbəcər bir metr də torpaq və bir əsgər itirilmədən azad olunub. Hazırda rayon genişmiqyaslı quruculuq və abadlıq işlərinin aparıldığı məkana çevrilib.O bildirib ki, Kəlbəcərdə xəstəxanalar və məktəblər tikilir, müasir infrastruktur yaradılır, əhalinin doğma yurdlarına köçürülməsi istiqamətində işlər görülür. Deputat bütün bunları Prezident İlham Əliyevin siyasi iradəsinin və həyata keçirdiyi siyasətin nəticəsi kimi qiymətləndirib.
Müəllif: Günay Hacıyeva