PDF Oxu

Siyasət

  • 918

Ermənistan 2027-ci ildə sülhü öz Ana Qanununa yazmalıdır -ZAHİD ORUC

Ermənistan 2027-ci ildə sülhü öz Ana Qanununa yazmalıdır -ZAHİD ORUC

Ermənistanda yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunması təkcə Ana Qanunun dəyişdirilməsi deyil, həm də ölkənin dövlətçilik məfkurəsinin, milli ideyalarının və gələcək inkişaf istiqamətlərinin yenidən müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, Konstitusiya hər bir dövlətin quruculuğunun baş planıdır və xalqın hansı məqsədlər uğrunda birləşdiyini, dövlətin gələcək nəsillərə hansı siyasi mirası qoyacağını müəyyənləşdirir.Zahid Oruc qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər Ermənistanın əvvəlki siyasi iddialarının nəticələrini də dəyişib. Bu gün Ermənistan cəmiyyəti qarşısında əsas seçim sülh və dinc qonşuluq münasibətlərinin qurulmasıdır.Deputat vurğulayıb ki, yeni Konstitusiya layihəsi Ermənistan hakimiyyəti ilə yanaşı, xalqın da müzakirəsinə və səsverməsinə çıxarılmalıdır. Ərazi iddialarından imtina etmək başqa dövlətin Konstitusiyasını qəbul etmək kimi təqdim oluna bilməz.O bildirib ki, regionda sülhün bərqərar olması hər iki dövlətin üzərinə böyük məsuliyyət qoyur. Ermənistanın gələcəyi revanşist yanaşmalardan deyil, dinc qonşuluq və əməkdaşlıq prinsiplərindən asılıdır.Zahid Oruc çıxışının sonunda vurğulayıb ki, 1988-ci ildə meydanlarda səsləndirilən ərazi iddialarına birdəfəlik son qoyulmalı, Ermənistan 2027-ci ildə sülhü öz Ana Qanununda təsbit etməlidir.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər