Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev bir sıra Sərəncamlar imzalayıb. Ölkə Prezidenti Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin bir qrupp əməkdaşının "Tərəqqi" ordeni ilə təltif edilməsi barədə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında " Azərbaycan Respublikasının qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun tətbiq edilməsi haqqında, "Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə və "Azərbaycan Respublikası Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Sərəncamlar imzalayıb.