PDF Oxu

Siyasət

  • 10

PREZİDENT İLHAM ƏLİYEV RUSİYAYA İŞGÜZAR SƏFƏR ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV RUSİYAYA İŞGÜZAR SƏFƏR ETMİŞDİR

Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Moskvanın "Vnukovo-2" hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Əvvəlcədən nəzərdə tutulduğu kimi "Prezident-otel"də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüşü keçirilmişdir. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, ATƏT-in Minsk Qrupunun həmsədrləri Mətyu Brayzə (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), habelə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak etmişlər.

Digər xəbərlər