Azərbaycan-Türkiyə tərəfdaşlığı uğurla davam edir
Prezident İlham Əliyev mayın 26-da Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan dövlətinin başçısına çatdırdı. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Türkiyə Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.