PDF Oxu

Siyasət

  • 5

Prezident İlham Əliyev Avrasiya Dövlətləri Onikinci İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktub göndərib

Prezident İlham Əliyev Avrasiya Dövlətləri Onikinci İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktub göndərib
Ölkə Prezidentinin məktubunda qeyd olunur ki, hər il Türkiyədə keçirilən bu toplantılar regional əməkdaşlığın genişlənməsinə, xalqlar arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Prezidentin məktubunda bir məqam xüsusilə vurğulanıb ki, qloballaşan dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı faydalı əməkdaşlığın qurulması böyük əhəmiyyətə malikdir. Xüsusilə Azərbaycanın təşəbbüsü və digər qonşu ölkələrin birgə səyləri nəticəsində həyata keçirilən mühüm transmilli layihələr - Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu regionda və dünyada dövlətlərarası iqtisadi əməkdaşlığa, bəşəriyyətin təhlükəsizliyi və əmin-amanlığına dövlətimizin əməli töhfəsi kimi qiymətləndirilə bilər. Ölkə Prezidenti məktubunda xüsusi olaraq əminliyini qeyd edib ki, Avrasiya Zirvə Toplantısında qarşılıqlı əməkdaşlığın geniş spektrini əhatə edən səmərəli müzakirələr və qəbul edilən qərarlar region dövlətlərinin iqtisadi, siyasi və mədəni əlaqələrinin daha da inkişafına təkan verəcək, qlobal böhranın dəf olunmasına və xalqlarımızın rifahına xidmət edəcəkdir. Dövlətimizin başçısı məktubunda Zirvə toplantısının qarşılıqlı faydalı münasibətlər və beynəlxalq əməkdaşlıq yolunda ciddi addım olacağına inandığını önə çəkərək onun işinə uğurlar diləyib.

Digər xəbərlər