PDF Oxu

Siyasət

  • 11

Azərbaycan dövləti hadisə ilə əlaqədar lazımi tədbirləri həyata keçirəcək

Azərbaycan dövləti hadisə ilə əlaqədar lazımi tədbirləri həyata keçirəcək
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin qurbanlarının yaxınlarına başsağlığı verib. Prezidentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə əsasən, başsağlığında Prezident 2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı hədsiz kədərləndiyini bildirib:
"Həlak olanların ailələrinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verərək, Ulu Tanrıdan onlara rəhmət diləyirəm. Bu çətin günlərinizdə biz hamımız ağır dərdinizi bölüşərək, sizə səbir və təmkinlilik diləyirik. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bu hadisə ilə əlaqədar bütün lazımi tədbirləri həyata keçirəcək. Allah rəhmət eləsin!"

Digər xəbərlər