PDF Oxu

Siyasət

  • 8

Prezident İlham Əliyevin Rusiyaya səfəri dünya KİV-lərinin diqqət mərkəzində oldu

Prezident İlham Əliyevin Rusiyaya səfəri dünya KİV-lərinin diqqət mərkəzində oldu
Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya rəsmi səfəri yerli və xarici KİV-lərin geniş diqqət mərkəzində olmuşdur. Rusiyanın nüfuzlu mətbu orqanları və agentlikləri səfərlə bağlı analitik yazılar dərc etmiş, şərhlər, təhlillər vermişdir. Prezident İlham Əliyevlə Rusiya Prezidenti Dmitri Medvedev arasında keçirilən görüşlər Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsi istiqamətində növbəti addım olduğu qeyd edilir. Xüsusilə də, Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni imkanlar yaradacağı vurğulanır. Elə biz də bu və digər maraq doğuran suallarla siyasi şərhçlərə müraciət etdik.
Millət vəkili, politoloq Fəzail İbrahimli bildirdi ki, cənab Prezidentin səfəri kifayət qədər uğurlu hesab olunur. Onun sözlərinə görə, bu səfər Azərbaycanın yeritdiyi balanslaşdırılmış siyasətin növbəti addımlarından biridir: "Rusiya böyük dövlətdir. Tarix də, həyat da, Gürcüstan da sübut etdi ki, Rusiya dövləti ilə münasibətlərdə kifayət qədər diqqətli olmaq lazımdır. Belə bir formada, yüksək səviyyədə görüşlər, orada əldə olunan razılıqlar qonşu, böyük dövlətlə münasibətin normal saxlanmasını ifadəsi çevik xarici siyasətin nəticəsi kimi qiymətləndirmək olar. O ki qaldı Dağlıq Qarabağ məsələsində Rusiyanın təsir mexanizminə etiraf etməliyik ki, bu, digər ATƏT-ə üzv olan dövlətlərin təsir mexanizmindən daha güclüdür. Bundan yararlanan Azərbaycan bu məsələdə ancaq uda bilər. Dövlət başçısının atdığı addım buna xidmət edir".
Tarix elmləri doktoru, professor Musa Qasımlı ölkə Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfərini müsbət qiymətləndirdi. O, qeyd etdi ki, bu səfər həm ikitərəfli münasibətlər, həm də təcavüzkar separatizm və həm də Ermənistanın hərbi təcvüzü nəticəsində yaramış Dağlıq Qarabağ probleminin həlli istiqamətində addımlar atılması baxımından əhəmiyyətlidir: "Rusiya Şimal qonşumuzdur. Bu ölkə ilə Azərbaycanı tarixi və coğrafi yaxınlıq birləşdirir. Qarşılıqlı münasibətlərin normal olması tərəflərin hər ikisinə xeyirdir. Rusiyaya səfər ikitərəfli, qarşılıqlı siyasi, iqtisadi və digər münasibətlər baxımından əhəmiyyətlidir. Münasibətlərin soyuq olması Azərbaycana və Rusiyaya xeyir vermir".

Digər xəbərlər