Fransa-Azərbaycan əlaqələri genişlənir
Mayın 7-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın Baş naziri Fransua Fiyon ilə görüşüb. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olundu, ölkələrimiz arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, regional və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.