Prezident İlham Əliyev Gürcüstan Ali Məhkəməsinin sədri Konstantin Kublaşvilini qəbul edib
Prezident İlham Əliyev mayın 12-də Gürcüstan Ali Məhkəməsinin sədri Konstantin Kublaşvilini qəbul edib. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə sistemi sahəsində də inkişaf etdiyi bildirildi, bu sahədə əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu.