Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TRIPP layihəsinin başlanması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.Bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşım edilib.Paylaşımda deyilir: “Hörmətli Prezident Donald Tramp,Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm”.