PDF Oxu

Siyasət

  • 7

Moskvada, Qızıl Meydanda Böyük Vətən müharibəsində Qələbənin 68-ci ildönümü şərəfinə hərbi parad keçirilmişdir

Moskvada, Qızıl Meydanda Böyük Vətən müharibəsində Qələbənin 68-ci ildönümü şərəfinə hərbi parad keçirilmişdir

Moskvada, Qızıl Meydanda Böyük Vətən müharibəsində Qələbənin 68-ci ildönümü şərəfinə hərbi parad keçirilmişdir. Təntənələrdə Rusiya Silahlı Qüvvələrinin və digər güc strukturlarının hirssə və birləşmələrinin 11 min əsgər və zabiti, Rusiya hərbi ali məktəblərinin kursantları iştirak etmişlər. Parada Rusiya Quru Qoşunlarının baş komandanı Vladimir Çirkin komandanlıq etmişdir. Paradı RF-nin müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul etmişdir. Rusiya Prezidenti Vladimir Putin həmvətənlərə müraciətlə çıxış etmişdir.

Paradda yüzdən çox hərbi maşın iştirak etmişdir. Meydandan "Tiqr" zirehli avtomobilləri, T-90 tankları, özüyeriyən "Msta-C" qaubitsaları, "BTR-82" zirehli transportyorları, "Triumf" C-200 və "Buk-M2" zenit-raket kompleksləri, hava hücumundan müdafiə "Pansir-C" raket-top qurğuları, "İsgəndər-M" operativ-taktiki raket kompleksləri və 16 təkərli şassisi olan "Topol-M" qitələrarası ballistik raketlər keçmişdir.

Moskva səmasına Mi-26, Mi-8 və Ka-52, Su-27 vertolyotlar və MiQ-29 qırıcı təyyarələri, Su-24 və Su-34 bombardmançı təyyarələri qalxmışlar. Uzaq aviasiyanı Tu-22M3 səsdən iti, Tu-95, habelə İl-78 təyyarəsindən havada yanacaq doldurma prosesini imitasiya etmiş "Belı lebed" Tu-160 strateji turbovintli raket daşıyıcıları təmsil etmişdir.

AzərTAc

Digər xəbərlər