PDF Oxu

Siyasət

  • 17

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının konfransı keçirilmişdir

Mayın 30-da Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının növbəti konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, YAP Siyasi Şurasının və Mərkəzi Aparatının məsul nümayəndələrinin, rayon rəhbərliyinin, qurumun 75 ərazi təşkilatından seçilmiş 221 partiya üzvünün iştirak etdiyi konfrans partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin xatirəsinin yad olunması ilə başlanmışdır.

YAP rayon təşkilatının sədri Saleh Məhərrəmovun hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur.

Konfransda Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, qazanılan uğurlarda partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışlar. Natiqlər rayon təşkilatının üzvlərinə bu ilin payızında keçiriləcək növbəti prezident seçkilərində uğurlar arzulamış, tövsiyələrini bildirmişlər.

Konfransın sonunda Yeni Azərbaycan Partiyasının V Qurultayına nümayəndələr seçilmişdir.

AzərTAc

Digər xəbərlər