PDF Oxu

Siyasət

  • 36

Rəsmi Bakı Avropa İttifaqını Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstək verilməsi ilə bağlı götürdüyü öhdəliyə əməl etməyə çağırıb

Rəsmi Bakı Avropa İttifaqını Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstək verilməsi ilə bağlı götürdüyü öhdəliyə əməl etməyə çağırıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin və "Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin 4-cü görüşündə Azərbaycanı təmsil edib.

Məlumata görə, E.Məmmədyarov çıxışında ölkəmizin "Şərq tərəfdaşlığı"nda fəaliyyəti və ümumiyyətcə Aİ ilə əməkdaşlıq dialoqu barədə bəhs edərək, 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramında əks olunmuş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstəyin verilməsi ilə bağlı Aİ tərəfinin öz üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vacibliyini bildirib.

O, Aİ-Azərbaycan dialoqunun gələcək perspektivlərinin və Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda tərəqqinin əldə olunmasının əhəmiyyətli dərəcədə məhz bu növ qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri öhdəlikləri əsasında reallaşmasının mümkün olacağını vurğulayıb. Bu xüsusda, nazir, toplantı iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 iyun tarixində Brüsselə etdiyi səfəri zamanı onun Aİ Şurasının Prezidenti Herman van Rompey və Avropa Komissiyasının Prezidenti Joze Barrozo ilə keçirdiyi görüşlərdə əldə edilmiş bir sıra vacib nəticələri xatırladaraq, Azərbaycanın Aİ ilə tərəfdaşlıq dialoqunun bərabərhüquqlu və strateji tərəfdaşlıq əsasında inkişaf olunmasında maraqlı olduğunu bir daha bəyan edib.

Nazir "Şərq tərəfdaşlı"ğı Proqramının xarici işlər nazirlərinin 4-cü görüşü çərçivəsində Ukrayna və Yunanıstanlı həmkarları ilə təkbətək görüşlər keçirərək, ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivlərini müzakirə edib.

yap.org.az

Digər xəbərlər